Icma.az
close
up
RU
“Hər bir əşya mənə oğlumdan bir xatirədir”

“Hər bir əşya mənə oğlumdan bir xatirədir”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Şəhid Xudiyev Tural Rəfayıl oğlu Bakıda doğulsa da əslən Ağdam rayonundandır. Tural vətənpərvər ruhda böyümüş, evlərinin hər bir küncünü I Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəman Allahverdi Bağırov, Fred Asif və Albert Aqarunovun şəkillərilə bəzəmişdi.

“Mənim oğlum vətənpərvər, qayğıkeş, dost-tanışa can yandıran, onları heç bir zaman darda qoymayan bir oğul idi”.  Bu sözləri Vətən müharibəsi şəhidi Tural Xudiyevin anası Rəna xanım söyləyir: İki övladım var. Oğlum Tural, qızım Nəzrin. Övladrımızı çox çətinliklə böyütmüşdük. 

Tural 2005-2016-ci illərdə Bakı şəhəri Xətai rayonunda yerləşən 138 saylı orta məktəbi bitirdikdən sonra elə həmin ildə Azərbaycan Texniki Universitetin “Nəqliyyat və logistika” fakültəsinə daxil olub.

Bacısı Nəzrin qardaşının universitetə qəbul olduğu günləri xatırlayaraq, hələ cavablar çıxmamış Tural söyləyirdi ki, “mən artıq ali təhsilliyəm”. Universitetə daxil olduqdan sonra hərbi xidmətə yola düşmək istəyirdi. Bunun üçün təhsilini dayandırmaq lazım idi. Sənədlərə imza atmaq üçün valideynlərdən biri getməli idi. Atam getmədi. Tural söylədi ki, əgər getməsəniz, özüm universitetdən bir dəfəlik ayrılıb, xidmətə yollanacam. Nəhayət anamı razı salıb, akademik məzuniyyət götürdü.

4 aprel 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşdü. Tural 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.  Xidmətdə olarkən tezliklə ailəmizə şad xəbər verəcəyini söylədi. Aradan vaxt keçdi. Yenidən zəng elədi, anam, atam və mən danışdıq.Tural söylədi ki, demişdim ki, sizlərə xoş xəbər verəcəm. Mən XTQ-ə qəbul olmuşam. Elə sevinirdi ki...Sözün düzü narahat olduq. Söylədi ki, narahat olmayın, hər şey yaxşıdır. Qardaşım mərd oğul idi. Onunla fəxr edirəm. Onun baxdığı filmlər oxuduğu kitablar ancaq vətənə aid idi.

Azərbaycan Ordusunun əsgəri  Tural  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmağa başlayıb. Tural Vətən müharibəsi zamanı gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardımın göstərilməsində, həmçinin döyüş meydanından təxliyə edilməsində fərqlənib.

Murovdağ istiqamətindən başlayaraq, Kəlbəcər, Suqovuşan, Ağdərə, Hadrut, Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaralı döyüş yoldaşı söyləyirmiş ki, Tural məni 800-1200 metrlik məsafəni sürünərək, neytral zonaya çıxardır. I Qarabağ müharibəsində qardaşım Xudu Xudiyev və qohumum Aydın Allahverdiyev şəhid olmuşdur. Tural mənimlə danışarkən əmisinin qısasını aldığını söylədi. 

Tural hərbilə bağlı heç bir kəlmə belə demirdi. Hətta o xidmətdə olarkən, belə xidmət etdiyi yerin nömrəsini belə söyləməmişdi ki, Tək istəyi torpaqlarımızın düşmən tapdağından azad olması idi. Cəbrayılda önəmli yüksəkliklərin birində bayrağı Tural qaldırıb. “Səkkizinci sinifdə oxuyarkən, Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmaq üçün sənədlərini hazırladı. Lakin gözündə yaranan problemə görə qəbul ola bilmədi. Sonralar hərbi xidmətdə olan zaman dedi ki, özüm XTQ-ə qəbul oldum ki, müharibə başlayan zaman yenidən ön cəbhəyə qayıda bilim. Oğluma deyirdim ki, özünüzü qoruyun. Diqqətli olun. Məndən nigaran qalmayın. Bizlər yaxşıyıq”.

Tural döyüş meydanında olarkən, dayım yuxu görüb. Görüb ki, Turalın toyudur. Gəlinin biləklərinə qara iplər bağlanıb. Onunla danışanda söylədim ki, ehtiyatlı ol. Mənə dedi ki, uşaqlar da məni yuxularında görüblər, narahat olmayın. 8 noyabr Şuşada döyüş yoldaşıyla birlikdə olduqları yerə minamyot düşür. Yanındakı dostu şəhid olur. Turalın 10 metrliyinə düşən qəlpə qoruyucu jiletin sol tərəfindən girib, böyrəyə dəyib, bu zaman daxili qan axma baş verib. Budu və ayağı yüngülvarı yaralanıb. Əgər böyrəyi yaralanmasaydı indi həyatda olardı. Mənfur düşmən ora yardıma gələn hər bir texnika və yardım heyətini atəşə tuturdu. Bizim evə gələn döyüş yoldaşları deyirdilər ki, Tural yaralı olduğu zaman 35-40 dəqiqə huşu özündə olub, bizimlə zarafat belə edirdi. Hətta deyirdi ki, “mən veteran olacam”.

Bizə gecə xəbər gəldi ki, Füzuli rayonu Diaqnostika mərkəzinə yaxınlaşın. Biz elə bildik ki, yaralıdı. Amma bizdən əvvəl qohumlarımız bilirdilər ki, Tural artıq şəhid olub.
Anası daha sonra söyləyir: “Yaralı olarkən, döyüş yoldaşılarına söyləyib ki, mən şəhid olsam, çantamdakı məktubu ailəmə təhvil verin. Oğlum məktubu avqustun 9-u yazıb. Dəfn olunduqdan 15-20 gün sonra məktub bizə gəlib çatdı. Oğlum Ağdam rayonu Quzanlı kənd Şəhidlər Xiyabanında dəfn olunub. Mən oğlumun Bakıda dəfn olunmağını istəyirdim. Amma... Məktubda isə Bakıda dayısının yanında dəfn olunmaq istədiyini yazmışdı. Nəfəsinin dəydiyi hər bir əşya mənə oğlumdan bir xatirədir. Mənə qalan tək təsəlli onun az sayda olsa da, bizə gəlib çatan əşyalarıdır”.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Tural Xudiyev ölümündən sonra 
“Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalı, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə  təltif edilib.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri