Icma.az
close
up
RU
“Hər çıxışım mənim üçün bir imtahandır”

“Hər çıxışım mənim üçün bir imtahandır”

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Görkəmli muğam ustası, Xalq artisti, Dövlət Mükafatı laureatı Alim Qasımov “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin növbəti görüşü İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilib.

Təhsil İdarəsindən 535.az-a bildirilib ki, qonaq əvvəlcə gimnaziya şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıb, təhsil ocağının “Şərəf kitabı”na ürək sözlərini yazıb.

Görüşdə A.Qasımov vaxtilə Şamaxının Nabur kənd məktəbində ona dərs deyən müəllimlərindən, məktəb xatirələrindən, kiçik yaşlarından musiqiyə olan marağından söz açıb, muğam sənətinə gəlişi, ona bu yolda dəstək olan sənətkarlardan danışıb. Muğamın fəlsəfəsindən, onun insan həyatına, mənəvi tərbiyəsinə təsirlərindən bəhs edən sənətkar məktəblilərə dünya musiqisinin bənzərsiz nümunəsi olan Azərbaycan muğamının UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsindən, dövlət səviyyəsində, eləcə də Heydər Əliyev Fondu tərəfindən muğam irsinə göstərilən diqqət və qayğıdan danışıb, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Ustad sənətkarın sorağı ilə digər məktəblərdən təşrif buyuran gənc ifaçılar - Mətləb Əhmədzadə və Ayan Əliyeva canlı ifalar səsləndirib, ustaddan məsləhətlər alıblar. “Hər çıxışım mənim üçün bir imtahandır”, - deyən A.Qasımov gənclərə daim öz üzərlərində çalışmağı tövsiyə edib, onlara böyük səhnə uğurları arzulayıb.

“Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see275

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see222

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see216

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see214

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see212

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see207

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see205

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see204

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see202

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see199

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see198

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see193

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see192

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see186

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri