Icma.az
close
up
RU
“Hər deputat təmsil etdiyi rayonun məktəblilərinə kitab hədiyyə etsin” Elnarə Akimova

“Hər deputat təmsil etdiyi rayonun məktəblilərinə kitab hədiyyə etsin” Elnarə Akimova

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan məktəblərində uşaqların dünya görüşünü zənginləşdirmək, hadisələrə münasibətini formalaşdırmaq üçün məktəb kitabxanaları fəaliyyət göstərir. Bu kitabxanalarda Azərbaycan və dünya klassiklərinin, həmçinin, bütün dövrə aid yazarların bədii əsərləri və müxtəlif ensiklopediyalar var. Hər il də kitabxana fonduna müxtəlif kitablar daxil olur.
Lakin son illər müəllimlər şagirdlərin çox hissəsinin bədii ədəbiyyata maraq göstərmədiyindən gileylənirlər. Bəziləri bunu dərs yükünün çoxluğu, bəziləri həmin mövzuların müasir uşaqlara maraqlı gəlməməsi, bəziləri isə internetin hər şeyi üstələdiyini bildirirlər.
 

MÖVZU İLƏ BAĞLI:
“Şərq qadınının özünün məsuliyyəti bir başqadır” - Elnarə Akimova


Bəs şagirdlərdə bədii ədəbiyyata marağı necə artırmaq olar?
Bu barədə Bizim.Media-ya danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova deyib ki, bu gün məktəblərdə sinifdənxaric oxu məsələləri əsas problemə çerilib:
“Bunun da mühüm məsələlərdən biri ədəbiyyatdan uşaqların kənar salınmasıdır. Dərs yükü o qədər ağırdır ki, uşaqların bədii ədəbiyyata marağı azalıb. Dərslərin özünün dilinin ağır olması, dərslikdəki problemlər öz təsirini göstərir. Əsas səbəb dərs yükünün ağırlığıdır, bu imkan vermir ki, uşaqlar əlavə vaxt qazansınlar. Mütaliə üçün ədəbiyyata maraq oyadılmalıdır və uşaqlara bunun üçün vaxt tanınmalıdır, vaxt qalmalıdır”.
O bildirib ki, hətta ədəbiyyata dair dərsliklərimiz belə ədəbiyyat yox, daha çox riyaziyyatı, həndəsini xatırladır:
“Ədəbiyyat çətin dildə yazılır. Təbii ki, ədəbiyyat riyaziyyat deyil, ədəbiyyat daha çox uşağın zövqünə, marağına, dünyagörüşünün artırılmasına, estetik zövqün formalaşmasına xidmət edən sahədir. Dərsliklər bu yöndə qurulmalıdır”.
Deputat kənd kitabxanalarının ağrılı yer olduğunu vurğulayıb:
“Regional satış düzgün qurulmayıb, sistemli şəkildə işləmir. Bu gün bizim kənd kitabxanalarımıza yeni çıxan uşaq ədəbiyyatı nümunələri çatmalıdır. Əvvəllər jurnallar hər kəsə əlçatan idi, “Göyərçin” jurnalı həddən artıq az tirajla çap olunur. Nəzərə alsaq ki, 10 milyonluq xalqın 2-3 milyonunu uşaqlar təşkil edir, bəlkə də 2-3 min tirajla çıxan “Göyərçin” jurnalı heç paytaxtdakı uşaqlara çatmır, nəinki kənddəki uşaqlara...
Şəhərdə yaşayan uşaqlar üçün bunu əlçatan edə bilirik. Müxtəlif nəşriyyatlar və ya Mədəniyyət Nazirliyi tərəfindən sərgilər keçirilir. Sərgilərin üstünlüyü odur ki, valideynlər uşaqları gətirirlər, uşaqlar yazarlarla ünsiyyətdə olur, yəni az-çox ədəbiyyata maraq oyatmaq olur. Təəssüf ki, regionlarda yaşayan uşaqlar bundan məhrumdurlar.
 

Çıxış yolu kimi daha çox məktəblərlə əlaqəni gücləndirmək lazımdır. Mən ötən həftə Elm və Təhsil Komitəsinin iclasında bu barədə təkliflə çıxış etdim ki, hər bir deputat təmsil etdiyi rayonun məktəbliləri ilə ünsiyyətə girsin, kitab mübadiləsi etsin, özü kitab hədiyyə etsin, onlara yeni çıxan kitabları aparsın və s.


Köhnə əsərlər də yenidən nəşr olunub. Təklifin müəllifi kimi ilk addımı atacam, növbəti həftə Siyəzən məktəbliləri ilə bu görüşü gerçəkləşdirəcəm”.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri