Icma.az
close
up
RU
Hər eşitdiyini danışmaq...

Hər eşitdiyini danışmaq...

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Yoxlamadan, araşdırmadan kiminsə ağzından eşitdiyi sözü yaymaq insana əskiklikdən başqa bir şey gətirmir. Buna görə də, hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni, başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan, araşdırmadan danışmaq doğru deyil. Ona görə də, insan gərək ağzından hansı sözü çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın.
Elə adamlar da var ki, həmişə hər yerdə hər hansı məsələ barədə məlumatlı görünmək istəyirlər. İstəyirlər ki, hər məsələyə müdaxilə etsinlər, hər işdən xəbərdar olsunlar. Ona görə də, doğru olub-olmadığını bilmədən kiminsə ağzından götürdükləri sözü hər yerdə danışırlar. Məqsədləri də budur ki, ağıllı görünsünlər, hamıdan seçilsinlər.
Cəmiyyətdə bəzən bu cür söhbətlər daha tez yayılır. İnsanlar yalan zəncirinin halqalarına çevrilirlər. Beləcə, yalanlar onları bir-birilərinə bağlayır. Halbuki, insan ona aid olmayan işlərlə məşğul olmasa, yaxşıdır.
İnformasiyanın beynimizə, yaddaşımıza yük olduğu bir vaxtda artıq yüklərdən azad olmaq, öz əməllərini hesaba çəkmək, qüsurlarını düzəltməyə çalışmaq daha doğrudur.
Siz də öz başınıza bəla axtarırmış kimi, başqalarının söhbəti ilə məşğul olur, başqalarının sözünü danışmaq istəyirsiniz. Bir məsələni də xatırlatmaq istəyirik ki, əgər biri sizin sözünüzü danışıb, nəticədə, yalançı çıxırsa, siz də məsulsunuz. Yəni, ağıl ön planda olmalıdır, deyilən söz ağıl süzgəcindən keçirilməlidir. Kor-təbii qərar qəbul edənlər, birinin ağzından götürdüyünü yoxlamadan, araşdırmadan yayanlar kölgə kimidirlər.
Səhv də danışsa, qulaq asın!
Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm amillərdir. Ona görə də, böyüklər uşaqlarının yanında danışarkən nə dediklərini, nə danışdıqlarını yüz ölçüb, bir biçməlidirlər. Unutmaq olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona görə də, uşağını tərbiyəli görmək istəyən valideyn gərək əvvəlcə özünü tərbiyə etsin ki, ondan tərbiyə tələb etməyə haqqı olsun.
Təbii ki, uşağınız məktəbdə gördüklərini sizə danışacaq. Özü də məsələnin özünə sərf edən tərəflərini qabardacaq, sərf etməyən tərəflərini isə gizlədəcək: “Ona elə dedim”, “Buna belə söylədim”, “O işi elə gördüm”, “Bu işi belə etdim” və sair və ilaxır...
Əlbəttə ki, siz onun sözlərinə qulaq asacaqsınız. Ancaq qulaq asdıqca da, məqsədlərini, məramlarını öyrənəcəksiniz. Əslində isə siz ona diqqət ayırmaqla, marağını özünüzə cəlb edir və beləliklə də təsir, daha doğrusu, tərbiyə imkanı əldə etmiş olursunuz.
Səhv danışdığını bilsəniz belə, o anda onun sözünü kəsməyin, səhvini üzünə vurmayın. Çünki əgər sözünü kəssənız və ya “Yalan danışırsan!” desəniz, deməli hər şey bitdi. Ona görə də, maksimum dərəcədə səbirli olmalısınız. Və uşaq anlamalıdır ki, siz onun sözünə dəyər verirsiniz. Unutmayın ki, islah etməyin yolu bir çox hallarda dəyər verməkdən keçir.
Söz gəzdirmək
Əxlaqımız bizə öyrədir ki, əgər bir insanın haqqı tapdanırsa, onun tərəfini tutmaq lazımdır. Yəni, konkret olaraq, qeybət edənlərin cavabını vermək, sonra da söhbəti unutmaq ən doğru seçimdir. Şəxsiyyət bu cür yetişir, insanlıq bu cür formalaşır. Hər şeydən əvvəl insanın gərək içi geniş olsun, eşitdiyi hər sözdən coşub-daşmasın, söz udmağı, söz unutmağı bacarsın.
Ara vurmaq
İnsanları bir-birindən incik salmaq, insanlara bir-birindən yalan danışmaq, əxlaqımıza görə, çox pis əməldir. Bu cür əməllər bəzən zarafatla başlayab, ölümlə nəticələnən cinayətlərə qədər gedib çıxır. Bizim əxlaqımıza görə, insanların arasını vurmaq, onları bir-birinə düşmən etmək qatill olmaq kimidir.
Bir insan kimi hər birimizin vəzifəsi yaxşılıq etmək, xeyirli olanı bölüşmək. Bunun əksini etmək, yəni insanları bir-birinin düşməninə çevirmək isə insanlıq yox, şeytanlıqdır. İnsanlar bir-birini sevdikcə ucalırlar. Sevgi, hörmət, ehtiram cəmiyyətin sərvətidir, səadətidir. Kin, nifrət, ədavət isə ağır yüküdür, dərdidir.
Ara vuran insanlara el arasında “mərdimazar” deyirlər. Mərdimazarın heç bir yerdə hörməti olmur. İnsanlar onu görəndə üz çevirirlər. Beləsi ilə oturub-duranda adamın ürəyi sıxılır. Pis niyyət, qara düşüncə insanın özündən asılı olmayaraq sanki şüalanır. Bu cür adamların üz-gözü həmişə buruşuq olur. Onlar nə olur-olsun sevinə bilmirlər, nə olur-olsun rahatlıq tapa bilmirlər. Hər şey onlar üçün qorxulu, təhlükəlidir. Çünki özləri də dünyaya bu cür baxırlar.
Sən hansı yükü daşıyırsan?
Söz yükü duz yükündən ağır olur. Əslində, ömür adlanan bu yolda hər kəs bir yükün daşıyıcısıdır. Yükün xeyirlisi var, zərərlisi var. Ona görə də, köhnə kişilər dua edəndə: “Allahım, məni xeyir işlərə alət elə!”- deyirdilər.
Əslində, sözün xeyirlisini danışmaq, o sözlərlə insanlara xeyir vermək insanlıq borcumuzdur. Əgər sizin danışdığınız söz bir insanın xarakterinin formalaşmasına, onun yanlış fikirlərdən qurtulmasına səbəb olursa, deməli, xeyir işlərə alət olursunuz. Amma danışdığınız söz yalandırsa, insanları yanlış fikirlərə sövq edirsə, onda da zərərli işlərə alət olursunuz. Çünki insanın başına gələn bəla onun öz əməllərinin nəticəsidir. Bizi qurtaran isə, xeyir əməllərimiz olacaq.
İnsanın zərərə uğramasına ən çox səbəb olan bədən üzvümüz dilimizdir, yəni nəyi danışmağımız, niyə danışmağımızdır...
Yəni, hər eşitdiyini danışmaq fəlakətə düşməyimiz üçün kifayətdir. Ona görə də, ağzımız, dilimiz işləmədən əvvəl başımız işləməlidir ki, sonra bəlaya düşməsin…
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 10 Avqust 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri