Icma.az
close
up
RU
Hər evdə var, nə işə yaradığı bilinmir

Hər evdə var, nə işə yaradığı bilinmir

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Maliyyə Nazirliyinin ötən ilin noyabrında açıqladığı rəqəmlərə görə, Azərbaycanda Peşəkar Mühasib Sertifikatı (PMS) almış şəxslərin sayı 6208-dir. 

Ölkə.Az xəbər verir ki, mövzu ilə bağlı sosial mediada paylaşılan şərhlərdə bildirilir ki, ölkədə bu qədər PMS alan şəxs olsa da, çoxu işləmir.

Hər kəsin evində çox sayda sertifikatlar var. Bu sertifikatlar iş tapmaq üçün nə qədər kömək olur? 

Mövzu ilə bağlı Ölkə.Az-a danışan İnsan Resursları üzrə Menecer Röyal Əhmədov PMS sertifikatının bəzi hallarda gərəkli olduğunu desə də, bunun iş tapmaq mənasına gəlmədiyini söyləyib:

“PMS sertifikatı son illərdə əmək bazarında tətbiq olunan bir sertifikatdır. Bu sertifikatın mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarında da, böyük şirkətlərdə filter rolunu oynayır. Yəni, hər hansısa bir aktiv vakansiyaya müraciət edən şəxslərdə PMS sertifikatı varsa, digər namizədlərdən fərqləndirilməsinə gətirib çıxarır. Təbii ki, birinci növbədə həm sertifikatlaşmanın, həm də həmin namizədlərinin nəzəri və praktiki biliyi əsas tutulur. 

Miqyası orta və balaca olan şirkətlərdə isə daha çox nəzəri bilik və həmçinin praktikaya üstünlük verilir. Yəni, sertifikat məsələsi aktiv şəkildə tətbiq və təşviq olunmur. 
Böyük şirkətlərdə bu fərqlənmənin əsas səbəbi həmin şəxsin mövcud qanunvericilik əsasında formalaşdırılmış və yaxud da hər hansısa bir nəzəri biliklərinin təsdiqini əsaslandıran sənədlərin üstünlük verilməsinə istiqamətləndirir. Balaca şirkətlərdə isə buna ehtiyacı yoxdur. Çünki istər dövriyyə baxımından, istər işçi heyəti baxımından böyük fəaliyyətə sahib olmurlar. 
PMS sertifikatının olması indiki dövrdə aktual bir sertifikatlaşmadır. Çünki mövcud durumda əvvəlki illərdə sırf mühasibatlıq sahəsində çalışan şəxslərdə praktiki olaraq hər hansı bir prosesləri yerinə yetirə bilərlər, amma bunun nəzəri tərəfini tam əmin deyildilər. Bu sertifikatlaşmanın olması ən azından praktiki biliyi olan şəxslərin nəzəri tərəfdən hansı səviyyədə olmasını təsdiq edir.

PMS sertifikatının yaxşıdır, amma əslində hər kəs müraciət etməməlidir. Fikrimcə, 1 və ya 2 illik bir təcrübəyə sahib olan şəxslərdən sertifikatı alması və yaxud da 20 ildən yuxarı bir təcrübəyə sahib olan şəxslərin də sertifikat alması eyni dərəcədə olmamalıdır. Təbii ki, şərtlər olmalıdır. Ən azından praktiki olaraq və yaxud da mühasibatlıq sahəsinə aid olan qanunvericiliyi və digər nəzəri biliyə sahib olan şəxslər artıq həmin sertifikatlaşma prosesindən keçməlidir. 

Bugün istər əmək bazarında mövcud olan iş elanları və yaxud da vakansiyalara baxdığımız zamanı 5 illik təcrübəyə sahib namizəd axtarılan zaman belə, məsələn, PMS sertifikatı üstünlük sayılır yazılır. Bəzi hallarda “mütləqdir”, “vacibdir” deyə qeydlər də görürük. Amma bəzi hallarda tam tətbiq olunmadığını görürük. Yəni PMS sertifikatına sahib olan şəxs o demək deyil ki, mühasibatlıq sahəsində olan istənilən vakansiyalara uyğun gələcək. 

Sertifikatlaşdırma proseslərindən keçmiş 6200 nəfərə gəldikdə isə mövcud rəqəm o demək deyil ki, əmək bazarında sırf həmin şəxslərin həm praktiki, həm də nəzəri biliyi uyğun ola biləcək vakansiyalar çıxacaq.

Misal üçün, düşünə bilirlər ki, mənim əgər PMS sertifikatım varsa, demək artıq, mən minimum 2000-3000 və yaxud da 4000-lik bir vakansiyaya uyğunam. Bu, o demək deyil.

Təbii ki, mühasibatlıq sahəsində çalışan şəxsi verici qanunvericiliyini bilməlidir, çünki hər il dəyişikliklər olur. Əsasən rüblük yaxud da dövri hesabatlar, mənfəət, gəlir, xərc və ya digər məsələləri bilməlidirlər. Bu zaman artıq həmin şəxsin PMS sertifikatı və praktiki bilikləri bir-birini tamamlaya bilər”.

R.Əhmədov gənclərin iş tapmaq üçün çox sayda təlimlərə gedib sertifikat toplamasını və bunu naliyyət hesab etmələrinin doğru olmadığını bildirib:

“İstənilən bir sahədə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin olması vacibdir. Yəni, gənclərimiz çoxlu sertifikatlar əldə edirlər. Bu, o demək deyil ki, həmin şəxs artıq əmək bazarına atılmağa hazırdır. Hər hansı bir şirkətlərdə onların elan etdikləri vakansiyalara müraciət edib, artıq orada özlərini doğrulda bilərlər. Təbii ki, həm nəzəri bilik, həm də praktiki cəhətdən bu, şərtdir. 

Yaş kriteriyaları və yaxud da təcrübə müddəti sertifikatlaşmada önəmlidir. Düşünün ki, 22-23 yaşında bir mühasibatlıq sahəsinə yeni daxil olmuş gənc də sertifikat alsın, 20 ildən yuxarı bir təcrübəyə sahib şəxs də alsın. Eyniləşdirilmə halları olmamalıdır. 

Bir çox hallarda gənclərimiz sertifikatı iş zəmanəti olaraq görürlər. Yəni, “sertifikatım varsa, artıq mənim işim var” demək deyil. Təbii ki, sertifikat aldıqdan sonra bu prosesi davam etdirməli, öz üzərlərində çalışmalı, mümkün qədər özlərini inkişaf etdirməlidirlər. Yəni sertifikatının olması kifayət eləmir. 

Hazırda gənclərimiz arasında belə bir tendensiya var ki, günlük, həftəlik, aylıq təlimlər əsasında əldə edilmiş sertifikatlara daha çox istiqamətlənirlər. Düşünürlər ki, bütün şirkətlər sertifikat arzusundadır. Şirkətlər daha çox sertifikat yox, uyğun kadr axtarışında olurlar”. 

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Yanvar 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri