Britaniya səfiri Gürcüstan XİN ə dəvət olunub
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya səfiri Haret Uord Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə XİN-in yaydığı məlumatda bildirilib.
Xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili və səfir arasında keçirilmiş görüşdə Gürcüstanın beynəlxalq sanksiya rejimlərinə riayət etməsi məsələsi müzakirə olunub.
Qeyd olunub ki, Gürcüstanın beynəlxalq sanksiyaları pozması ilə bağlı bir faktın olmaması və Gürcüstan hakimiyyətinin beynəlxalq tərəfdaşlarla hərtərəfli əməkdaşlıq etməsi nəzərə alınmaqla məsələ ilə bağlı davamlı spekulyasiyalar hələ də qeyri-müəyyən olaraq qalır.
XİN Britaniya səfirliyinin yaydığı bəyanatda sanksiya tətbiq edilən “SILVAR” gəmisi ilə bağlı Gürcüstana xüsusi diqqət yetirilməsindən narahatlıq ifadə edib. Vurğulanıb ki, bu, yanlış təsəvvürləri gücləndirir və Gürcüstanın maraqlarını qəsdən pozmağa xidmət edir.
Qeyd edək ki, ötən gün Böyük Britaniya səfirliyi ölkənin Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdiyi barədə məlumat yayıb. Qeyd olunub ki, paketə ilin əvvəlində Gürcüstan limanında olan "SILVAR" gəmisi də daxil edilib. Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyindən bildirilib ki, adıçəkilən gəmi Gürcüstan limanına ona qarşı beynəlxalq sanksiyanın tətbiq edilmədiyi dövrdə daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 İyun 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















