Icma.az
close
up
RU
Pekin Rusiya Ukrayna və ABŞ İran müharibələrində öz maraqlarından çıxış edib

Pekin Rusiya Ukrayna və ABŞ İran müharibələrində öz maraqlarından çıxış edib

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

"Rusiya siyasi və ekspert dairələrində Çinin siyasəti ilə bağlı fikir ayrılığı əmələ gəlib. Əlbəttə, Kreml əvvəlkitək Pekini strateji tərəfdaş sayır, iki ölkə arasındakı əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirir. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov son açıqlamasında Prezident Vladimir Putinin may ayında Çinə səfərinin nəticələrini yüksək qiymətləndirərək, bunun beynəxalq aləmdə sabitləşdirici rol oynadığını vurğulayıb". 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib kiz buna baxmayaraq, Çin-Rusiya münasibətləri barədə fərqli düşününlər də var və bunlardan biri Rusiya hakim partiyasının üzvü və Dövlət Dumasının deputatı Konstantin Zatulindir: 

"Onun fikrincə, Çin Rusiyaya kifayət qədər dəstək vermir. Zatulin Pekinin passivliyinə misal olaraq Avropa İttifaqı – Ukrayna münasibətlərini göstərib: “Avropa İttifaqı müharibədə Ukraynaya böyük dəstək verir. Rusiyanın strateji tərəfdaşı sayılan Çin isə Moskvaya kifayət qədər dəstək vermir”. Zatulinin fikrincə, Çin ancaq öz maraqlarını güdür və Rusiya ilə tərəfdaşlıqdan qazanc əldə etməyə çalışır. Zatulin buna misal olaraq Çinin fürsətdən istifadə edərək Rusiyadan aldığı neftin və qazın qiymətini endirdiyini bildirib. 

Zatulin haqlıdır. Pekin Kremlə onun arzuladığı səviyyədə dəstək vermir. Ancaq Pekinin Moskvanı müharibədə dəstəkləməyə borcu da yoxdur. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə qərar verəndə dostu Çin lideri Si Cinpinlə məsləhətləşməmişdi. Belə olan halda Si Cinpin Vladimir Putinin avantürasına birmənalı dəstəkdən çəkinməliydi. Buna baxmayaraq, Zatulinin də etiraf etdiyi kimi, Çin Rusiyaya hərbi texnikanın istehsalı üçün zəruri avadanlıqlar verib. Zatulin Çinin Rusiyaya hətta müasir dronlar satdığını da vurğulayıb. Ancaq Zatulin Çinin Rusiyanın düşməni Ukraynaya da dron satdığını iddia edib. Halbuki, Çinin Ukraynaya dron satdığına dair fakt yoxdur". 

Politoloqun sözlərinə görə, Pekin Rusiya-Ukrayna və ABŞ-İran müharibələrində öz maraqlarından çıxış edib:

"Pekin eyni zamanda Rusiya və İranın məğlub olmasında maraqlı deyil. Çünki, hər ikisinin məğlubiyyəti Çinin qlobal və regional gücünü zəiflədə bilər. Odur ki, Pekin Moskva və Tehrana onların istədiyi şəkildə dəstəyi verməsə də, Rusiya və İranın ayaqda qalmaları üçün hər şeyi edib". 

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyun 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri