“Hər futbolçunun axıtdığı hər damla tərin haqqını gec tez veririk” 0:10 a reaksiya
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Futbol üzrə ölkə çempionatının 2-ci liqasının 17-ci turunda “Şəfa”ya 0:10 uduzan “Araz Saatlı” futbolçuları maaşdan məhrum olunub.
“Sportinfo”nun yaydığı xəbərə görə, komandanın baş məşqçisi Şəhriyar Məmmədovun təlimatı ilə futbolçular mart ayının əməkhaqqını almyacaq. Bu xəbərin nə dərəcədə doğru olduğunu klubun prezidenti Ədalət Abdullayevdən soruşduq. Onun “Football-plus.az”a cavabı:
“Tam absurddu. Sizi, futbol ictimaiyyətini və azarkeşlərimizi dezinformasiyalara inanmamağa çağırıram. Şükürlər olsun, iki mövsümdü bizdə maaşla bağlı problem yoxdu. Yubanmalar ola bilər, başqa klublardakı kimi. Amma hər futbolçunun axıtdığı hər damla tərin haqqını gec-tez veririk. Bir böyük hesablı məğlubiyyətə görə hər şeyin üstündən xətt çəkəsi deyilik ki?!”
ƏSƏD SEYİDOV
Baxış sayı:59
Bu xəbər 24 Mart 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















