Icma.az
close
up
RU
“Hər görüşdə 300 manat verirdim” Tiktokerin həbsində yeni DETALLAR

“Hər görüşdə 300 manat verirdim” Tiktokerin həbsində yeni DETALLAR

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Beniz" ləqəbi ilə tanınan tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Turkustan.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək Aybəniz Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Cinayət işinin materiallarına görə, iş adamı Xalid Kərimov Suraxanı rayon Polis İdarəsinə müraciət edərək Aybəniz Xəlilovanın müxtəlif vaxtlarda ondan ümumilikdə 836 min manat aldığını bildirib. İstintaq materiallarında qeyd olunur ki, tərəflər arasında uzun müddət şəxsi münasibət olub. Zərərçəkmiş ifadəsində Aybəniz Xəlilova ilə pul müqabilində görüşdüyünü, hər görüş zamanı ona 300 manat verdiyini etiraf edib. Lakin sonradan tiktokerin bu münasibətdən istifadə edərək ondan böyük məbləğdə pul tələb etdiyi və hədə-qorxu gəldiyi iddia olunub.

Məhz bu iddialar əsasında Aybəniz Xəlilova barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri (təkrar və külli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.

Əvvəlki proseslərdə həm zərərçəkmişin, həm də təqsirləndirilən şəxsin ifadələri geniş müzakirə olunmuşdu. Aybəniz Xəlilova özünü təqsirli bilmədiyini deyərək Xalid Kərimovun ona könüllü şəkildə pul verdiyini, heç vaxt hədə-qorxu gəlmədiyini söyləmişdi. Onun sözlərinə görə, münasibətlər qarşılıqlı razılıq əsasında qurulub və verilən pullar da həmin münasibətin tərkib hissəsi olub. Xalid Kərimov isə əksinə, məhkəmədə münasibətlərin sonradan təzyiq və şantaj xarakteri aldığını iddia edib. O bildirib ki, müxtəlif səbəblərlə ondan davamlı şəkildə pul tələb olunub və nəticədə ödədiyi məbləğ yüz minlərlə manata çatıb.

Məhkəmə araşdırmaları zamanı tərəflər arasında telefon yazışmaları, pul köçürmələri və digər sübutlar da tədqiq edilib.

Cinayət Məcəlləsinin Aybəniz Xəlilovaya elan olunmuş maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Dövlət ittihamçısının istədiyi 11 illik həbs cəzası da ittihamın ağırlığını göstərir.

Bu cinayət işi son illər Azərbaycanda sosial media fenomenlərinin adının hallandığı ən səs-küylü proseslərdən biri hesab olunur. İş həm tələb olunan məbləğin böyüklüyü – 836 min manat, həm də tərəflər arasındakı şəxsi münasibətlərin sonradan ağır cinayət ittihamına çevrilməsi səbəbindən ictimai maraq doğurur.

Proses iyulun 21-də davam etdiriləcək./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 İyul 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri