Icma.az
close
up
RU
Hər gün qəhvə içirsinizsə, bədəninizdə bunlar baş verə bilər...

Hər gün qəhvə içirsinizsə, bədəninizdə bunlar baş verə bilər...

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəhvənin yalnız yuxululuğu azaltmaq və diqqəti artırmaqla məhdudlaşmadığı, orqanizmdə maddələr mübadiləsi və hormonal göstəricilərlə də əlaqəli ola biləcəyi müəyyənləşdirilib.

Moderator.az xəbər verir ki, “SciTechDaily” nəşri yeni araşdırmanın nəticələrinə diqqət çəkib.

Tədqiqatçılar qəhvə istehlakı ilə insanların bədən tərkibi, maddələr mübadiləsi və hormonal göstəriciləri arasındakı əlaqəni araşdırıblar. Nəticələr müntəzəm olaraq daha çox qəhvə içən insanlarda ümumi və visseral yağ miqdarının daha aşağı olduğunu göstərib.

Eyni zamanda, bu qrupda skelet əzələ kütləsinin daha yüksək olduğu müşahidə edilib. Maraqlıdır ki, çox və az qəhvə içən şəxslərin bədən kütlə indeksləri (BKİ) bir-birinə yaxın olub.

Araşdırmada həmçinin qəhvə istehlakının qanda şaxələnmiş zəncirli amin turşularının (BCAA) səviyyəsi ilə əlaqəsi müəyyən edilib. Bu əlaqə həm kişilərdə, həm də qadınlarda müşahidə olunub.

Kişilərdə hormonal dəyişikliklər daha nəzərəçarpan olub

Tədqiqat zamanı cinslər arasında müəyyən fərqlər də aşkarlanıb. Kişilərdə daha çox qəhvə istehlakı daha yaxşı qlükoza və insulin göstəriciləri, eləcə də ümumi və bioloji mövcud testosteron səviyyələrinin daha yüksək olması ilə əlaqələndirilib.

Bundan əlavə, kişilərdə cinsi hormonları daşıyan SHBG (cinsi hormon bağlayan qlobulin) səviyyəsinin yüksəldiyi müəyyən olunub. Bununla yanaşı, sərbəst testosteron və sərbəst androgen indeksi bir qədər aşağı olub.

Qadınlarda isə hormonal dəyişikliklər daha məhdud olub və əsasən SHBG səviyyəsindəki dəyişikliklər və sərbəst androgen göstəricilərinin azalması ilə əlaqələndirilib.

Araşdırmanın aparıcı müəllifi, Oulu Universitetinin doktorantı Luka Verroest bildirib ki, qəhvənin dünya üzrə geniş yayılmasına baxmayaraq, onun maddələr mübadiləsi və endokrin sistemə təsiri ilə bağlı hələ də bir çox suallar qalır.

Alimin sözlərinə görə, araşdırmanın nəticələri qəhvə istehlakı ilə bədən tərkibi və hormonal göstəricilər arasında müəyyən əlaqələrin mövcudluğuna işarə edir.

Lakin tədqiqatın nəticələri qəhvənin birbaşa olaraq arıqlamağa və ya əzələ kütləsinin artmasına səbəb olduğunu sübut etmir. Aşkarlanan əlaqələrin səbəb-nəticə xarakteri daşıyıb-daşımadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Avqust 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri