Icma.az
close
up
RU
“Hər iki tərəf Qafqazda yekun sülhün əldə olunmasında maraqlıdır”

“Hər iki tərəf Qafqazda yekun sülhün əldə olunmasında maraqlıdır”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Aydın məsələdir ki, Azərbaycan da, Ermənistan da sülh prosesinin inkişaf etdirilməsini, irəliyə getməsini istəyir. Hər iki tərəf Qafqazda yekun sülhün əldə olunmasında maraqlıdır. Türkiyə sülh müqaviləsi onun ərazisində imzalansın deyə burada Türkiyə də maraqlıdır. Necə ki, ABŞ-də Tramp, Rusiyada Putin sülhə özlərinin vasitəçi olmasını olmasını istəyirlər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

T.Rzayev qeyd edib ki, amma burada başqa bir məsələ də ondan ibarətdir ki, Ermənistanın Azərbaycanın bütün şərtlərini qəbul edib-etməyəcəyini bilmirik: “Bir tərəfdən Ermənistan hakimiyyəti sülhə razı, yaxın olduğunu desə də, digər tərəfdən Azərbaycanın şərtlərinə çox da uyğun cavablar vermir. Məsələn, ən son cavabları belə olmuşdu ki, onların Konstitusiya Məhkəməsi Ermənistanın sülh müqaviləsi imzalanmasına müsbət rəy verir. Buna görə də onlar Konstitusiyanı dəyişməyə ehtiyac duymur. Ancaq Azərbaycan düşünür ki, gələcəkdə Konstitusiya Məhkəməsi və onun rəyi dəyişə bilər. Ona görə də onlar Konstitusiyanı dəyişsələr Azərbaycan üçün daha qarantiyalı olar. Buna görə də Azərbaycan şərt qoyub ki, onlar Konstitusiyanı dəyişsinlər və Konstitusiyada Azərbaycana və digər ölkələrə qarşı olan ərazi iddialarından əl çəksinlər”.

Politoloq bu fikir ayrılıqlarının hələ bir müddət sülh prosesinin uzanacağı haqqında məlumat verdiyini ifadə edib: “Ən azından indiki halda belə tezliklə sülh müqaviləsi ilə bağlı ortaq nöqtəyə gəlmək mümkün olmayacaq. Lakin məncə aradakı fərqlər həll oluna biləcək fərqlərdir və Türkiyənin də vasitəçiliyi ilə mümkündür ki, tezliklə sülh müqaviləsi imzalansın. Ancaq Rusiya və ABŞ-nin vasitəçiliyi məsələsi hələki Azərbaycan tərəfindən ilkin bir müddəa kimi ortaya qoyulmayıb. Yəni burada bir tərəfdən Tramp necə ki, Qəzzada, Ukraynada sülh yaratmaq istəyir, Qarabağda da yaratmaq istəyir. Digər tərəfdən Rusiya ABŞ-nin burada güclənməsini və sülhdə vasitəçi olmasını istəmir. Ona görə də faktiki olaraq biz sülh müqaviləsində vasitəçi tərəflərin də öz aralarında ortaq məxrəcə gəlməsini müşahidə etmirik”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri