Icma.az
close
up
RU
Hər kəs avrokuboklarda iştirak etmək istəyər, ona görə finalda Qarabağ ı dəstəkləyİrəm MÜSAHİBƏ

Hər kəs avrokuboklarda iştirak etmək istəyər, ona görə finalda Qarabağ ı dəstəkləyİrəm MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- Zədədən sonra hazırda vəziyyətin nə yerdədir? Fərdi məşq edirsən?

- İndi yaxşıyam. Ayağımdakı zədənin hardasa 10 faizi qalıb. Əvvəlki kimi ağrılarım yoxdur. Fərdi məşqlərə başlamışam. Bir həftədir stadionda qaçıram. Zaman aparan məsələdir. Tam sağalmağa çalışıram. 

- Ümumiyyətlə, mövsümün qalan hissəsində oyuna çıxmaq şansın var? Yoxsa, artıq yeni mövsümə hazır olmaq istəyirsən?

Tam bilinmir. Çempionatın bitməsinə 3 tur qalıb. Bu da 2-3 həftə edir. Mən isə heç fərdi olaraq tam 100 faiz məşq edə bilmirəm. Fərdi 100 faiz məşq etdikdən sonra komandaya qoşulacam. Həkimin dediyi templə gedirəm. Bu 50-60 faizdir. Zaman göstərəcək. İstəyərəm ki, komandaya kömək edim. 

- Bir ara Türkiyədə müalicə edildin. Ümumiyyətlə, nə baş verdi ki, geridönüşün baş tutmadı?

Türkiyədə 15-16 gün müalicə aldım. Əzələmdə ağrılar sağalsa da, əzələmin altında problemlər qalmışdı. O da elə bir şeydir ki, qan yığılmışdı və o da məni çox incidirdi. Əməliyyat da oluna bilərdim, amma müalicə ilə sağaldım. Müalicəmin tam düzəlməsinə 10 faiz qalıb. Həkimlərimiz risk etmək istəmirlər. Zədə aldıqdan sonra bəlkə də bərpa prosesində bir az yanlışlıq oldu. Ona görə belə problem yaşandı. 

- "Turan Tovuz"u meydanda olmasa da, meydandan kənarda dəstəkləyirsən. Yəqin ki, meydandan kənar daha çətindir, nəinki meydanda?

Meydanda olmasam da, komandamın yanında olmağa çalışıram. Kənardan baxmaq çox çətindir. Komandaya kömək etməyi çox istəyirəm. Tam sağaldıqdan sonra komandaya kömək edəcəm.

- "Turan Tovuz" 4-cü pillədədir və uzun müddətdir ki, uğurlu nəticə qazana bilmir. Bunu nə ilə əlaqələndirirsən? Səncə, komanda nəyə görə belə qeyri-stabil çıxış etdi? 

"Araz-Naxçıvan"la aramızda xal fərqi var. Çalışacağıq ki, qarşıdakı 3 turda maksimum nəticə qazanaq. "Araz-Naxçıvan" da üçüncü yer üçün mübarizə aparır. Premyer Liqada çox qızğın mübarizə gedir. Bəzi oyunlarda xallar itirdik. Düzdür son oyunlarda qələbə qazana bilmirik. Şanssızlıq da yaşadıq. Zədəli və cəzalı futbolçularımız oldu. Bu da oyunumuza təsir etdi. Düşünürəm ki, zədəlilərimiz tez komandaya qoşular və həmişəki kimi mübarizəmizi aparırıq. İtkilərimiz çox idi. Onların yerini dolduran futbolçular da bunun öhdəsindən gəlməyə çalışırlar.  

- Avrokuboklara yollanmaq üçün 4-cü yeri tutub, "Qarabağ"ın kubokun finalında "Sabah"ı məğlub etməsini gözləməlisiz. Səncə, bütün bunlar reallaşacaq?

Biz sırf 4-cü yeri fikirləşmirik. Üç oyunda maksimum xallar yığmağı düşünürük. "Araz-Naxçıvan" bizdən 6 xal öndədir. Onlar bir qələbə ilə 3-cü yeri tutacaqlar. Amma biz sona qədər mübarizə aparmağa çalışacağıq. Hər kəs avrokuboklarda iştirak etmək istəyər. Ona görə də finalda "Qarabağ"ı dəstəkləyərəm ki, kubokun qalibi olsun. Bu dəqiqə özümüzü fikirləşirik ki, qalib gələk və yuxarı pillələrə qalxaq. Dördüncü yeri tutsaq, istəyərəm ki, "Qarabağ" qlaib gəlsin və biz avrokuboklara yollanaq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 May 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri