Icma.az
close
up
RU
Hər kəs bunu edir, amma böyük riskdən XƏBƏRSİZDİR Çağırış EDİLDİ

Hər kəs bunu edir, amma böyük riskdən XƏBƏRSİZDİR Çağırış EDİLDİ

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bazarlarda açıq şəkildə satılan meyvə və tərəvəzlərə hər zaman böyük maraq olsa da, bu məhsulların gigiyenik baxımdan diqqətlə seçilməsi vacibdir. Açıq şəraitdə saxlanılan məhsullar toz, bakteriya və müxtəlif viruslarla təmasda ola bildiyi üçün onların düzgün yuyulmadan istifadə edilməsi sağlamlıq üçün riskli ola bilər.

Məsələ ilə bağlı terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, bazara çıxarılan məhsullar mütləq şəkildə yoxlanılmalıdır. Onun sözlərinə görə, xüsusilə açıq şəraitdə satılan məhsullara nəzarət daha ciddi aparılmalıdır:

"Çünki əks halda bakteriya, virus və digər infeksiyaların yayılmasına səbəb ola bilər".

Terapevt qeyd edib ki, alınan məhsullar evə gətirildikdən sonra mütləq yuyulmalı və dezinfeksiya edilməlidir. Hətta məhsullar soyuducuya və ya şkafa yerləşdirilməzdən əvvəl də yuyulmalıdır.

G.Lətifova vurğulayıb ki, açıq şəraitdə satılan məhsullar qapalı məhsullarla müqayisədə daha risklidir:

"Açıqda satılan məhsullara müxtəlif insanların toxunması, yol kənarında qalması və digər faktorlar təhlükə yaradır. Pandemiyadan sonra insanlar bu məsələlərə daha diqqətli yanaşmalıdır".

Terapevt nəzərə çatdırıb ki, gigiyenik qaydalara əməl olunmaması virus və bakteriyaların artmasına, bunun da kəskin və xroniki xəstəliklərə səbəb olmasına gətirib çıxara bilər. Bəzi hallarda isə mövcud xəstəliklərin ağırlaşması mümkündür.

Terapevt vətəndaşları diqqətli olmağa çağırıb:

"Hər bir şəxs aldığı məhsulun təmiz şəkildə həm evə daxil edilməsinə, həm də istifadə olunmasına diqqət yetirməlidir. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə istehsal olunan, həmçinin idxal edilən bitki və bitkiçilik məhsullarına AQTA tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Bu nəzarətin əsas məqsədi ölkə ərazisinin təhlükəli zərərverici orqanizmlərdən qorunması, bitki sağlamlığının təmin olunması və istehlakçıların təhlükəsiz məhsullarla təmin edilməsidir:

"Belə ki, meyvə-tərəvəz istehsalı ilə məşğul olan təsərrüfatlarda məhsulların vegetasiya dövrü ərzində Agentliyin "Milli Monitorinq Planı"na uyğun olaraq fitosanitar monitorinqlər aparılır. Monitorinqlər zamanı əkin və bağ sahələrində bitkilərin fitosanitar vəziyyəti qiymətləndirilir, zərərvericilər, xəstəlik törədiciləri və alaq otlarının yayılma səviyyəsi araşdırılır".

Bundan əlavə qeyd olunub ki, məhsulların toksikoloji göstəriciləri və pestisid qalıqları yoxlanılır, mütəmadi olaraq nümunələr götürülərək laborator analizlərə cəlb edilir. Aparılan laborator müayinələr zamanı pestisid qalıqlarının yol verilən həddən artıq olub-olmaması müəyyən edilir və məhsulların təhlükəsizlik göstəriciləri qiymətləndirilir.

Eyni zamanda nəzərə çatdırılıb ki, ölkəyə idxal olunan bitki və bitkiçilik məhsulları üzrə risk əsaslı yanaşma tətbiq edilir. Risk səviyyəsindən asılı olaraq məhsullar fitosanitar baxışdan keçirilir, sənədləri yoxlanılır və laborator müayinələrə cəlb olunur. Vurğulanıb ki, müayinələrin məqsədi məhsullarda karantin tətbiq olunan zərərli orqanizmlərin, müxtəlif bitki xəstəliklərinin, pestisid qalıqlarının və digər fitosanitar risk amillərinin mövcudluğunu müəyyən etməkdir. Bu çərçivədə idxal olunan məhsullardan götürülən nümunələr laborator şəraitdə analiz edilir, pestisid qalıqları üzrə göstəricilər qiymətləndirilir və məhsulların müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır:

"Həyata keçirilən nəzarət tədbirləri kənd təsərrüfatı bitkilərinin təhlükəli xəstəlik və zərərvericilərdən qorunmasına, ölkə daxilində bitki xəstəliklərinin yayılmasının qarşısının alınmasına, sağlam məhsul dövriyyəsinin təmin edilməsinə və nəticə etibarilə təhlükəsiz meyvə-tərəvəz məhsullarının bazarlarda satışına imkan yaradır".

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 May 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri