Hər kəs Naxçıvana hücumu pisləyir Rusiyadan başqa...
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
İrandakı rejimlə Rusiyadakı hakimiyyətin “xəmirinin eyni suda yoğrulduğu” çoxdan bəllidir. O da bəllidir ki, bu bədnam qonşularımızın heç biri Azərbaycanın nəinki güclənməsində, çiçəklənməsində, heç ümumiyyətlə, mövcudluğunda belə maraqlı deyillər…
Ötən gün Naxçıvana edilən PUA hücumundan sonra əksər dünya ölkələri və beynəlxalq təşkilatlar İran rejiminin bu terror aktını pisləyən və Azərbaycana dəstək verən bəyanatlarla çıxış etdilər. Ancaq hətta Fransanın da olduğu bu siyahıda Rusiyanın adı yoxdur.
Hazırda yaralanmış, əli, ağzı-burnu qana bulaşmış ayını xatırladan Moskva ya “qış yuxusuna” gedib, ya da İranın bu hərəkətinə haqq qazandırır və İran rejiminə dəstəyini bu cür çirkin formada büruzə verir. O Rusiya ki, bir neçə gündür müxtəlif səviyyələrdə Azərbaycana rusları İrandan çıxardığına görə dönə-dönə təşəkkür edir. Elə ruslar demiş “padxalimlik” edir. Amma Naxçıvana qarşı bu terror hücumunu pisləməyə canı çıxır…
İranın Azərbaycana hücumunu pisləyən ölkələr və beynəlxalq təşkilatlara gəlincə, onlar aşağıdakılardır:
Türkiyə, Özbəkistan, Ukrayna, Pakistan, Albaniya, Çernoqoriya, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İordaniya, Misir, Bəhreyn, İsrail, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Avstriya, Macarıstan, Latviya, Monteneqro, Qazaxıstan, Qırğızıstan, Gürcüstan.
Beynəlxalq təşkilatlar: BMT, Avropa Birliyi, Türk Dövlətləri Təşkilatı.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:448
Bu xəbər 06 Mart 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















