Icma.az
close
up
RU
“Hər kəs öz vedrəsinə baxsın, sonra suyunu töksün” Samirə Yusifqızının müğənni qızı Fərəh

“Hər kəs öz vedrəsinə baxsın, sonra suyunu töksün” Samirə Yusifqızının müğənni qızı Fərəh

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bir çoxu kişilərlə toyda oynamağımı söz edir. Kişilər bəyəm insan deyil? Onlar da bizim öz millətimizdir də. Hamısı bizə əzizdir. Toy bəs nə üçündür? Deyib, gülüb, əylənmək üçün! Yasa getmirik ki, hamımız əlimizi qoyub oturaq?! Onu yazanlar mənə əli çatmayanlardır. Onlar çox istəyərdilər ki, mənim yerimdə olsunlar, amma ola bilməzlər. Gözlərinin gücü çatmır mənim ağırlığımı götürməyə!”

Bunu Moderator.az-a açıqlamasında müğənni Fərəh Samirə qızı deyib. O daha sonra əlavə edib.

“Mən mahnı oxuyuram. Heç kimi məcbur çağırmıram ki, gəlin mənimlə oynayın?! Meydana girirəm, hər kəs mənim səmimiliyimi, sadəliyimi görür və özü oynamağa gəlir. Çünki mən heç kimin kişisinə pis gözlə baxmıram, başqaları kimi onlara göz dikmirəm. Mənim sırf işim oxuyub, oynayıb, pulumu qazanmaqdır. Başqa niyyətlə toya getmirəm! Əgər insanları əyləndirə bilməyəcəyəmsə heç toylara getmərəm. Qadınlar bəzən öz yoldaşlarını mənə qısqanır. Bu da normaldır. Onların kişilərinə ehtiyacım yoxdur, pulumu qazanıb evimə gətirirəm” deyə müğənni bildirib.

Fərəh anası, məşhur müğənni Samirə Yusifqızından da danışıb.

“Mən gec başlasam da, çox tez parladım. Allaha şükürlər olsun. Mən bunu göydə Allaha, yerdə isə anama borcluyam. Anam olmasaydı mən hələ də yerimdə sayırdım. Düzdür, özüm çox aktiv, enerjili insanam, amma anamın rolunu dana bilmərəm. Anam bir çoxlarına kömək edib. Sadəcə olaraq anamın əlinin duzu yoxdur. Anamın atılan dırnağı deyillər. Onun oxuduqlarını onlar oxuya bilməzlər. Onun bildiklərini onlar bilə bilməzlər. Anam 12 dildə mahnı bilir, danışır. Onda olan baqaj heç kimdə ola bilməz. Bu sözləri altını çizərək söyləyirəm. Taksi işləyəndə də anama söz atdılar. Gedib pis yola düşüb bizləri dolandırmadı ki.. Allaha şükür taksi sürdü, halal pulunu qazandı və bizi də dolandırdı. Biz heç kimə möhtac qalmadıq. Biz anamın övladlarıyıq. Anama daş atmaq istəyənlər var. O daş onların öz başına düşsün. Hər kəs öz vedrəsinə baxsın, sonra suyunu töksün” deyə müğənni bildirib.

Fərəh bir çox müğənniləri özlərini göylə aparmaqda suçlayıb:

“Özünü göylə, yüksəkdə aparan sənətçilərə müğənni gözü ilə baxmıram. O müğənnilər bir şeyi düşünsünlər ki, həmin o şəxslərin sayəsində biz bu gün səhnəyə çıxırıq, toylara gedirik. Əgər o insanlar bizi istəməsələr necə toylarına dəvət edərlər?! Özümüzü göylə aparmaqla deyil ki.. Bu gün nələrəsə sahib ola bilərlər.. Amma insanların sevgisini qazanmaq tam başqa bir şeydir. Mənə min söz deyirlər.. Ay belə oynayır, ay belə oxuyur.. Demirlər ki, gedib filankəsin kişisini arvadının ərindən aldı.. Bir ara geyimimdən danışırdılar. Anamın bir kəlməsinə görə and içdim və qısa geyimlərimi yığışdırdım. Hər şey göz qabağındadır. Artıq toylara açıq-saçıq geyinmirəm” deyə Fərəh bildirib.

Fərəh anası ilə eyni taleyi yaşadığını deyib:

“Allah mənim axırımı xeyir etsin. Bəxtimi sona qədər anamın taleyinə oxşatmasın. İnşallah ki, mənim taleyim gözəl olar. Çünki heç anamın taleyini yaşamaq istəmirəm. Anamın taleyi çox çətin olub. Anam bizi çətinliklə böyüdüb. Mən də övladımı tək böyüdürəm. Anam, nənəm, qardaşım evdədir, amma yenə də tək böyüdürəm. Qazanc baxımından mənə çox çətindir. Ayağımın üstündə tək dururam. Arxamda heç kimim yoxdur, sponsor axtarmıram. Nə qazanıramsa gətirirəm ailəmə” deyə o bildirib.

Fərəh bildirib ki, bir müddət əvvəl xalq artistinin oğlu ona elçi düşüb:

“Belə bir söhbət var idi. Ad günümdə onun mənə gətirdiyi qızıl dəstini hamı gördü. Elçi düşmüşdülər. Mən qəbul etmədim. Çünki sənətkarın oğlu istəyirdi ki, məni özü ilə birlikdə xaricə aparsın. Mən heç cür ailəmi burada qoyub xaricdə yaşaya bilməzdim. Övladımı götürüb aparsam belə ailəmi qoyub gedə bilmərəm. Mənim ailəm Azərbaycandadırsa, mən də burada olmalıyam. Həmin xalq artisti adının çəkilməyini istəmirdi. Biz də bu məsələni sirr olaraq saxladıq” deyə Fərəh Samirə qızı bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri