Icma.az
close
up
RU
Hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları

Hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev: İnsan hüquqları və əsas azadlıqlarının qorunması dövlətlərin başlıca vəzifələrindən biridir

Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda insan hüquqları mövzusu diqqət mərkəzində olub. Vurğulandığı kimi cəmiyyətdə insan hüquqlarının müdafiəsini təmin etmədən qanunun aliliyinə nail olmaq mümkün deyil. Dövlət başçısının tədbir iştirakçılarına müraciətində də bu mövzuya xüsusi toxunulub: “İnsan hüquqları və əsas azadlıqlarının qorunması dövlətlərin başlıca vəzifələrindən biridir. Xüsusilə son dövrdə baş verən qlobal proseslər, geosiyasi gərginlik, informasiya texnologiyalarının sürətlə inkişafı və rəqəmsallaşmaya keçid insan hüquqlarının müdafiəsi sahəsində yeni prioritetlərin müəyyən olunmasını, hüquq müdafiə mexanizmlərinin, habelə milli insan hüquqları təsisatlarının fəaliyyətinin gücləndirilməsini şərtləndirir”.

Müstəqil Azərbaycanın ardıcıl siyasəti

Bu gün dünyada ölkələrin inkişaf səviyyəsi yalnız iqtisadi-maliyyə göstəriciləri ilə ölçülmür. Demokratik mühitin bərqərar olması, o cümlədən insan hüquq və azadlıqlarının qorunması da milli dövlətlərin nüfuzunu şərtləndirən çox mühüm amillər qismində çıxış edir. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə insan hüquqları ilə bağlı ayrıca gün təsis edilib. Hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Belə bir əlamətdar gün üçün 18 iyun tarixinin seçilməsi də təsadüfi deyil. Müstəqil Azərbaycanda ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında respublikamızda insan hüquqlarının və azadlıqlarının qorunmasında səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması hüquqi islahatların ən mühüm mərhələlərindən birini təşkil edir. Heydər Əliyevin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanında, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması nəzərdə tutulub. 2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. 2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. 2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.

Bu sahədə başlanan islahatlar sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə eyni ardıcıllıqla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər Fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib.

İnsanın yaşamaq haqqı

Respublikamızda ölüm hökmünün ləğvi təşəbbüsü də zamanında Ulu Öndər Heydər Əliyevdən gəlib. O, 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət ünvanlayıb. Ulu Öndər həmçinin, Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq ölkədə ölüm hökmünün ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Ulu Öndər 1995-ci ildə ölkəmizdə amnistiya institutunu da təsis edib. Onun təşəbbüsü əsasında Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. 1996-cı ilin mayında isə Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul edib, həmçinin ölüm cəzasının ləğvini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilib.

İnsan hüquqlarının qorunmasına Konstitusiya ilə verilən geniş təminatlar

Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Konstitusiyamızın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri öz əksini tapıb. O cümlədən 24 avqust 2002-ci il və 18 mart 2009-cu ildə keçirilən ümumxalq səsverməsi - referendumlar da qeyd olunan istiqamətlərdə uğurların əldə olunmasına xüsusi töhfələr bəxş edib. Belə ki, bəhs olunan ümumxalq səsvermələri qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb edib. Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər ölkəmizdə demokratik inkişaf yolunda keyfiyyətcə yeni bir mərhələ açıb.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri