Hər kitab bir tarixdir Mirnəsiyət Mürsəlovun Ağ xalatlı xilaskar adlı kitabının təqdimatı olub
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu günlərdə Biləsuvar rayon Mərkəzi Kitabxanasında şair-publisist Mirnəsiyət Mürsəlovun «Ağ xalatlı xilaskar» adlı kitabının təqdimatı oldu.
Əvvəlcə şair Əli Aşiq Azərbaycan Yazıçılar Birliyinin və Birliyin Aran bölməsinin bölgədə yaşayıb-yaradan qələm adamlarının yaradıcılığına olan həssas münasibətindən ətraflı bəhs etdi.
Eyni zamanda, Mirnəsiyət Mürsəlovun təqdim edilən kitabının məziyyətləri barədə geniş məlumat verdi.
Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, şair və yazıçılardan Ədalət Salman, Firidun Həsənağa, Mətanət Polad, Əhməd Qala, Bilal Alarlı, Səbinə Xasiyeva, ARB TV-nin əməkdaşı Samir Qurbanov, «Region-Press» qəzetinin baş redaktoru Surxay Şahbazov və başqaları sözügedən kitabla bağlı təəssüratlarını bölüşdülər.
Sonda Mirnəsiyət Mürsəlov tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, yaradıcılıq planlarından danışdı və yeni şeirlərini oxudu.
Aynur Hətəmova
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















