Icma.az
close
up
RU
HƏR QAYADA BİR ŞƏHİD QANI

HƏR QAYADA BİR ŞƏHİD QANI

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu yaxınlarda yolum Qarabağa düşmüşdü, Füzuliyə düşmüşdü, Şuşaya düşmüşdü, Xankəndinə düşmüşdü, Laçına düşmüşdü, Zəngilana düşmüşdü, Qubadlıya düşmüşdü, Cəbrayıla düşmüşdü. Və tək deyildim. Yanımda 40 illik dostum Arif qardaşım və bir də oğlum idi. Oğluma demişdim ki, nə vaxt vaxtım və imkanım olanda səni Qarabağa aparacam. Hərçənd ki mənim özüm də qarabağlıyam və tez-tez Bəhmənliyə gedirəm. Amma Füzuli şəhərinə rayon işğaldan azad olunandan sonra getməmişdim. Ən azından ona görə ki, kimlərsə  məni ora gedəndə dəvət etmir, özüm də bir qədər  tənbəllik edirdim. Axır ki şeytanın qılçını sındırdım və əzizlərimlə bir yerdə işğaldan azad olunmuş yurd-yuvamıza, elimizə-obamıza üz tutduq. 

Oğlum Füzulini görəndə həm təəccübləndi, həm də sevindi. Dedi ki, ata,  bu yanmış evlər hansı kəndlərdir? Onu da xatırladım ki, biz yeni salınmış Bəhmənli-Füzuli-Şuşa yolu ilə gedirdik. Üstəlik də bu yol ən müasir standartlara  uyğun inşa edilib və hər cür infrastruktur mövcuddur. Ödənişli yol olduğu üçün bu yolda o qədər də nəqliyyat vasitəsi yox idi. Oğlumun sualına  cavab verdim ki, o yanmış kəndlər Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədlidir. Avtomobilin pəncərəsindən çox həsrətlə oğlum o kəndlərə sarı boylandı. Amma uçuq, yanmış evlərdən, xarabalıqdan başqa heç nə görmədi. Gördüm ki, uşaq çox kövrəlib və hətta ağlamaq istəyirdi. Ona təsəlli olaraq dedim ki, düzdür, ermənilər yurd-yuvamızı tar-mar ediblər, apardıqlarını aparıblar, aparmadıqlarını bax, beləcə xarabalıqlara çeviriblər. Görürsən, o yerləri ot, kol-kos basıb. 
Oğlum ikinci sualı verdi:

-  Ata, yəqin orda minalar var, ona görə də insanları ora buraxmırlar. Biz ora gedə bilərik?

- Dedim ki, yox. Birincisi, biz magistral yolla hərəkət edirik, ikincisi də, həmin yerlər təhlükəli zona olduğu üçün heç kimi ora buraxmırlar. Amma darıxma, beş-on dəqiqədən sonra Füzuli şəhərinə çatacağıq. 

Beş-on dəqiqə keçdi, artıq biz Füzuliyə çatdıq. Yeni tikilmiş binaları, sosial obyektləri və digər yaşayış evlərini görəndə oğlumun çöhrəsinə sevinc hopdu. Dedi ki, ata, Füzuli şəhərini nə gözəl tikiblər. Bir-birindən yaraşıqlı evlərə, asfalt yollara  və digər tikililərə baxanda adamın ürəyi dağa dönür. 
Bir xeyli Füzulidə dayanırıq, bulaqdan su içirik. Bumbuz sudu, belə su ancaq Qarabağda olar. Təzədən  yolumuza davam edirik. Bir-birindən möhtəşəm doqquz tunel tikilib. Şuşaya qədər bu tunelin hamısından keçirik. Tunellərdə rəngarəng işıqlar göz oxşayır, üstəlik də ən müasir havalandırma sistemi mövcuddur. Orda bir sərinlik var ki, sanki dağ havasıdı. Gəlib o tunelləri keçəndən sonra Şuşaya çatırıq. Oğlum birinci deyir ki, mən Cıdır düzünə getmək istəyirəm. Çünki o Cıdır düzünü ömrüm boyu görməmişəm. Ancaq televizorda görmüşəm və bir də sənin söhbətlərindən  eşitmişəm.

Bu da möhtəşəm Cıdır düzü. Yay olmasına baxmayaraq, yaşıl otlar adamın topuğuna qədərdi. Bura cənnətə bənzəyir. Hər tərəf yaşıllıqlar içindədir. Oğlum iki daşın arasında Arifə deyir ki, atamla mənim şəklimi çək. Arif  şəklimizi çəkir. Sol tərəfdə bir səhnə qurublar, burda da çoxlu sayda gənclər, tələbələr var, ansambl da var. Bir  müğənni  «Qarabağ  şikəstəsi» oxuyur. Elə bil ki Xanın səsi Cıdır düzünə yayılıb. Səpsərin, çox gözəl bir hava var. Bu havadan doyunca ciyərlərimizə çəkirik. Oğlum diqqətlə Cıdır düzündən qayalara baxır. Qayaların qoynundakı meşələrə diqqət yetirir. Bax, bu qayalarda, bu torpaqlarda, bu meşələrdə hər yanda bir şəhid qanı var. Hər yanda  şəhidlərimizin  44 günlük İkinci Qarabağ savaşında qəhrəmancasına döyüşən əsgərlərimizin, qazilərimizin, qaliblərimizin ayaq izləri var. 

Bir anlıq  onların döyüş səhnələri gözüm önündə canlanır. Bu qayanı necə dırmaşıb Cıdır düzünə qalxmaları film kimi gözümün önündə canlanır. Hansısa bir Azərbaycan əsgəri əlini yelləyərək arxadan gələn igidlərimizi irəliyə səsləyir və onlar da bir-birinə söykənərək aslan kimi, pələng kimi yağı düşmənin  üstünə yeriyir. Nə o yağı düşməndən qorxur, nə də ölümdən. Ölümün üstünə hər əsgər gedə bilməz, ancaq Azərbaycan əsgəri gedə bilər. Və 44  günlük böyük Qarabağ savaşında Azərbaycan əsgəri düşmənin  üstünə getdi, onları it kimi gəbərtdi. 

Arif dostum Laçınla Şuşanın arasında yeni inşa edilən yolu göstərərək deyir ki, bizim əsgərlər bax, bu yolda erməniləri mühasirəyə salmışdılar, iki yüzdən çox əsgərlərini, zabitlərini məhv etmişdilər. Bununla yanaşı, bu yolda onların çoxlu sayda tankları, ağır texnikaları Azərbaycan ordusu tərəfindən sıradan çıxarılmışdı. 

İkinci Qarabağ savaşında Azərbaycan ordusu torpaqlarımızın azad olunması uğrunda 3 min şəhid verdi. Bu şəhid adi şəhidlər deyildi, 3 min aslan idi onlar. Onlar Şuşanı fəth etdilər, Hadrutu  fəth etdilər, Füzulini fəth etdilər, Cəbrayılı, Zəngilanı, Qubadlını  fəth etdilər. Sonra da bu igid oğulların qorxusundan ermənilər söz verdikləri vaxtda Laçını və Kəlbəcəri tərk etdilər. Bütün bunlar hamısı qüdrətli və güclü Azərbaycan ordusunun hesabına qazanıldı. O ordu ki, hamısı Ali Baş Komandan, prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi və həmin Dəmir Yumruq erməni ordusunun başına necə endirildisə, onlar özlərini itirdilər, məhv oldular. Qaçan qaçdı, qaçmayan da öldürüldü. 

Yenə o qayalara, o sıldırım yüksəkliklərə, qartalların qıy vurduğu zirvələrə baxıram. O zirvələrdə bu gün də qartallar gəzir. O qartallar 44 günlük İkinci Qarabağ savaşında böyük qələbə qazanmış şəhid oğullarımızın ruhlarıdır, qartala dönüb Qarabağımızda yüksəkliklərdə  dolaşırlar. O dağlarda, o çiçəklərdə və o otlarda, o güllərdə şəhidlərimizin qanının ətri, qoxusu gəlir. Çünki onlar çiçək kimi, gül kimi, palıd, çinar kimi yenidən torpaqdan boylanırlar.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Avqust 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see369

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see242

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see239

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see215

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see207

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see204

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see194

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see189

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see185

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see183

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see176

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see173

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see166

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see164

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see164

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see160

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see156

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see155

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri