Icma.az
close
up
RU
Hər saatda 1 insan minaya olur qurban

Hər saatda 1 insan minaya olur qurban

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan bu bəladan ən çox əziyyət çəkən ölkələrdəndir

Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.
Prezident İlham Əliyevin “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubundan

Bakı, 30 may 2024-cü il

Bugünlərdə Rusiyada çıxan “Наука и жизн” jurnalının köhnə nömrələrindən birində Pyotr Lebedev adına Fizika İnstitutunun elmi əməkdaşı Vera Parafonovanın “İnsanlara nisbətən minalar daha çox yaşayırlar” adlı məqaləsinə (https://www.nkj.ru/archive/articles/4338/) rast gəldim. Azərbaycanın təqribən 35 il bu texnogen fəsadla üz-üzə qalmasını, ölkəmizin ərazilərinin xeyli hissəsinə bu “ölüm toxumu”nun səpilməsini nəzərə alaraq o yazını oxudum.

Doğrusu, həmin dəhşətli sətirləri oxuya-oxuya mərhum şairimiz Əli Kərimin məşhur “Daş” şeirini xatırladım:

“Yarıçılpaq
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə.
Uçub getdi üfüqlərdən üfüqlərə.
Deməyin ki daş yox oldu.
Oldu qılınc, güllə, mərmi.
Dayanmadı fikir kimi,
Atom kimi.
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı parça-parça
Edib keçdi…
Həmin o daş
İndi yenə dayanmayır,
Uçur hara?
O neytron,
elektron –
Dönüb nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur.
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandırmaq olmazmı, de, yarıçılpaq,
yarıvəhşi
Qədim insan
atan daşı?!”

Yox, ustad, dayandırmaq olmur. Həmin yarımvəhşi ermənilərin Azərbaycan ərazisinə atdığı daş milyon yarım minaya çevrilərək ərazilərimizin xeyli hissəsinə səpilmişdir.

... Vera Parafonova yazır ki, plastik korpusda – diametri təxminən altı santimetr olan piyada əleyhinə minalar var. Metala reaksiya verən adi mina detektorundan istifadə edərək onu aşkar etmək mümkün deyil. Yəni potensial təhlükədir. Alim həyəcanla yazır ki, bütün iyirminci əsrdə partlayışlar eşidilib və eşidilməkdə də davam edir. Hərbi əməliyyatların və terror aktlarının partlayışları, bütün dünyanı silkələyən və konkret ailədə ağrı ilə əks-səda verən partlayışlar planetimizin reallıqlarıdır. Bu gün minalar dünyanın ən böyük təhlükələrindən biridir və zaman keçdikcə daha da pisləşir: tapılan və zərərsizləşdirilən hər bir minanın əvəzinə onlarca yeni mina “əkilir”.

BMT-nin hesablamalarına görə, planetimizdə 100-120 milyon ( qeyd etdiyimiz kimi, bu, köhnə statistikadır) piyada əleyhinə mina basdırılıb. Hər ay 500-800 nəfər onların qurbanına çevrilir, hər üçüncü qurban uşaqdır. Mütəxəssislərin fikrincə, mövcud texnologiyalardan istifadə etməklə bütün planeti minalardan təmizləmək təxminən min il vaxt və yüz milyard dollardan çox vəsait aparacaq. Zərərsizləşdirilən hər 5000 mina üçün bir ölü və iki yaralı istehkamçı olacaq. Və bu günə qədər hazırlanmış mina aşkarlama üsullarının heç biri əsas parametrləri (həssaslıq, seçməlik, reaksiya sürəti) baxımından nə BMT-nin humanitar minatəmizləmə standartlarının tələblərinə, nə də yaxın gələcəkdə Yer planetinin qlobal minalardan təmizlənməsinin ümumi vəzifəsinə cavab vermir.

XXI əsrdə minalardan təmizləmə problemi həm də ona görə son dərəcə aktuallaşıb ki, dünyanın müxtəlif ünvanlarında baş vermiş ( onların bəziləri hələ də davam edir) münaqişələrlə yanaşı, İkinci dünya müharibəsindən qalan çoxlu mina və partlamamış sursatlar öz qurbanlarını gözləyir.

Mütəxəssisin fikrincə, bu ağır prosesdə ən çətin olan mərhələ minanın aşkar edilməsidir. Çünki partlayıcı qurğu tapıldıqdan sonra, müasir mina qurğularının növlərinin müxtəlifliyinə və işəsalma mexanizmlərinin mürəkkəbliyinə baxmayaraq, onu zərərsizləşdirmək, adətən, çətin deyil. Əksər hallarda minalar sadəcə olaraq yerində partladılır. Məxfilik rejimi olmasaydı, yəqin ki, hər kəsin mina silahları muzeyini ən azı bir dəfə ziyarət etməsi yaxşı olardı. Çünki orada insanın öz həmcinsini məhv etməkdə əldə etdiyi “mükəmməlliyi” aydın görmək mümkündür.

Bildirilir ki, gizli partlayıcı maddələrin aşkarlanması üçün müasir üsulların yaradılmasının tarixi təxminən 70 il əvvələ gedib çıxır. Bu işlər mina silahlarının inkişafı və beynəlxalq terrorizm kimi problemin ortaya çıxmasından sonra son onilliklərdə xüsusilə intensiv şəkildə həyata keçirilib.
Bu ölüm kabuslarının aşkarlanması ən çətin olanları qabıqsız plastik partlayıcı maddələr və qeyri-metal hallarda olan minalardır. Yaxşı ki, bu gün partlayıcı maddələrin axtarışı üçün eksperimental üsulların diapazonu kifayət qədər genişdir – canlıların cəlb edilməsindən nüvə-fiziki və mikrobioloji təsirlərin tətbiqinə qədər. Yeni prinsiplərlə işləyən fərdi qurğular yalnız partlayıcı maddələrin müəyyən edilməsi üçün əlavə vasitə kimi istifadə olunur. BMT-nin məlumatına görə, bu gün təmizlənmiş ərazilərin 80 faizindən çoxu hələ də əl ilə təmizlənir.

Alimlərin həyəcanla qeyd etdikləri fikirlərdən biri də odur ki, dünyada əldəqayırma partlayıcı qurğuların istifadəsi durmadan artır. Onlar isə mülki şəxslər, humanitar təşkilatlar, sülhməramlı missiyalar və Birləşmiş Millətlər Təşkilatının əməkdaşları üçün təhlükə yaradır.

Xatırladaq ki, ötən il aprelin 4-də qeyd olunan Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günü münaqişə vəziyyətlərində əlilliyi olan insanların ehtiyacları və hüquqları barədə məlumatlılığın artırılmasına yönəldilmişdi. BMT Təhlükəsizlik Şurasının beş il əvvəl qəbul edilmiş 2475 saylı qətnaməsi BMT-yə üzv dövlətləri əlilliyi olan şəxslərin təhlükəsizliyinin təminatına, onların reabilitasiyaya çıxışını təmin etməyə və münaqişələrin qarşısının alınmasında və sülh quruculuğunda iştirak etməyə imkan verməyə çağırır.

Çox təəssüf ki, beynəlxalq aləmdə partlayıcı silahların qurbanlarının yarısı uşaqlardır. Son onilliklərdə böyük şəhərlər də daxil olmaqla, əhalinin sıx məskunlaşdığı ərazilərdə getdikcə daha çox döyüşlər gedir, nəticədə mülki əhali partlayıcı silahlardan istifadə nəticəsində həlak olur və yaralanır, onların əksəriyyəti uşaqlardır. Belə hallarda alınan xəsarətlər adətən çox ciddi olur – ağır yanıqlardan tutmuş əzaların, eşitmə və ya görmə itkisinə qədər. Bundan əlavə, partlayıcı silahların qurbanı olan uşaqlar, adətən, post-travmatik və həyəcan pozğunluqlarından əziyyət çəkir və psixoloji dəstəyə ehtiyac duyurlar...

Aman Allah, bütün bunlar bizim üçün necə də tanış fakt və hallardır. Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında tam və dəqiq məlumatı paylaşmaqdan imtina edir. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının ötən il keçirilən açıq iclasında çıxışı zamanı deyib ki, Ermənistan 30 il işğalda saxladığı bölgədə Azərbaycanın yenidənqurma səylərinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtması prosesini bilərəkdən gecikdirir: “Münaqişə həm də Azərbaycanı dünyanın ən çox minalanmış çirklənmiş ölkələrindən birinə çevirdi, təxminən 1,5 milyon mina və naməlum sayda partlamamış sursatlar bölgədə mülki əhali üçün ciddi risklər yaradır”. Xatırladaq ki, münaqişədən sonrakı dövrdə Azərbaycanda mina qurbanlarının sayını 370-ə çatıb, onlardan təxminən yetmişii həyatını itirib, 292-si isə ağır yaralanıb.

Bütün bunları nəzərə alan Azərbaycan dövləti ötən il Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilməsinə nail olmuşdu. Konfransda, ümumilikdə, 75 ölkədən 300-dən çox nümayəndə iştirak edirdi. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri iştirak edirdiər.

Prezident İlham Əliyevin həmin beynəlxalq tədbirin iştirakçlarına ünvanladığı məktubda deyilirdi: “Azərbaycan öz mina probleminə paralel olaraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Bildiyiniz kimi, keçən il ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etmişdir və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində tərəfimizdən davamlı iş aparılır. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb”.

İttifaq MİRZƏBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri