Icma.az
close
up
RU
Hər şey Premyer Liqa üçün! motivasiya artıran qərar

Hər şey Premyer Liqa üçün! motivasiya artıran qərar

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında 12 komanda iştirak edəcək. Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin son iclasında verilib. Lakin yarışın formatı hələ dəqiqləşdirilməyib.

Liqanın sonuncusu elitanı tərk edəcəksə, çempionata yüksələcək üç komanda kim olacaq? Suallar çoxdur və hamısına qurumun növbəti iclasında aydınlıq gələcək.

Çempionatda komanda sayının artması I Liqa komandaları üçün əlavə motivasiya olub. Liqanın lider “Qəbələ” əsas namizəddir. Bölgə klubunun çempion kimi elitaya yüksələcəyi böyük ehtimaldır. Digər namizədlər isə “İmişli”, “Karvan”, “Zaqatala”dır. Çempionatda autsayderlər zonasında yer alan “Mingəçevir”in də elitaya vəsiqəsi istisna edilmir.

I Liqanın ikincisi “Karvan”dır. Lider “Qəbələ”dən 7 xal geri qalan Yevlax təmsilçisi əsas namizədlərdəndir. Komandanın baş məşqçisi Kənan Kərimov komanda sayının artımının əlavə motivasiya yaratdığını söylədi:

“Qərar gözəldir. Lakin ilk növbədə komandanın nəticələri önəmlidir. Yaxşı oyunla qələbələr qazanmalıyıq ki, yerimizi qoruyaq, Premyer Liqaya vəsiqə qazanaq”.

“Karvan”la yanaşı, iddialılardan biri də “Zaqatala”dır. Bölgə təmsilçisi müəyyən maliyyə çətinlikləri yaşamasına baxmayaraq, elita üçün arzuludur. Komandaya rəhbərlik edən Rüstəm Məmmədov komanda sayının artımı haqda fikirlərini bölüşdü:

“AFFA-nın qərarlarından sonra komandada ruh yüksəkliyi var. Hamının ümidi artıb və oyunlara daha motivasiyalı çıxacağıq. Düzdür, maliyyə baxımından axsayırıq, amma klub rəhbərliyi vəziyyətin düzəlməsi üçün əlindən gələni edir. Biz də çalışırıq ki, yüksək yerlər uğrunda layiqli mübarizə aparaq”.

Yeni mövsümdən legioner limiti də ləğv ediləcək. Bu baxımdan komanda sayının artımı yerli oyunçular üçün də əlavə şans olacaq. Büdcəsi aşağı olanlar, I Liqadan gələcək komandalar üstünlüyü yerli və təcrübəli oyunçulara verəcək.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri