Icma.az
close
up
RU
Hər şeyi itirmək bahasına sülh olmaz : Britaniya Krımla bağlı güzəştlərə qarşıdır və atəşkəs tələb edir

Hər şeyi itirmək bahasına sülh olmaz : Britaniya Krımla bağlı güzəştlərə qarşıdır və atəşkəs tələb edir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planına qarşı sərt mövqe nümayiş etdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kral Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisinin göyərtəsində “The Telegraph” qəzetinə müsahibəsində deyib.

“Ukrayna qərar verməlidir, başqalarının hanı qərarı verməsi əsas deyil. Rusiya isə qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün danışıqlar masasına oturmalıdır”, - deyə o qeyd edib.

Starmer Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı ittihamlarını rədd edib və Rusiyanın müharibədə təcavüzkar olduğunu vurğulayıb. “Xeyr. Təcavüzkar Rusiyadır. Heç vaxt unutmayın ki, münaqişənin ilk həftəsində Zelenskiyə təhlükəsizlik zəmanəti təklif olunub. O, üç ildən artıqdır ki, cəsarət və mətanətlə döyüşmək, ölkəsinə rəhbərlik etmək üçün bu çətin vəzifəni daşıyır”, - deyə ingilis baş nazir Starmer qeyd edib.

Bundan əlavə, Britaniya hökumətinin başçısı Krımın Rusiyanın bir hissəsi kimi tanınmasına gətirib çıxara biləcək hər hansı razılaşmaları dəstəkləməkdən imtina edib. O, həmçinin Ukraynadakı müttəfiq qoşunları üçün təhlükəsizlik təminatlarının hazırlanmasına çağırıb və yayda atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib.

“Bu, bütün tərəflər, o cümlədən Ukrayna üçün məqbul şərtlərlə atəşkəs olmalıdır. Mən müvəqqəti atəşkəs görmək istəmirəm - bu, Rusiyaya yeni hücum şansı verəcək”, - deyə o əlavə edib.

“Bununla yanaşı, Böyük Britaniya Ukrayna ərazisinə döyüş qrupu yerləşdirməklə bağlı ilkin planlarını yumşaldaraq, özünü hərbi təlimatçılar göndərməklə məhdudlaşdırıb”, - deyə “The Telegraph” qeyd edib. Nəşrin yazdığına görə, ABŞ-ın əsas rol oynadığı sülh sazişi üzrə fəal danışıqlar davam edir, avropalı müttəfiqlər isə mətndə Ukraynayönlü dəyişikliklər etməyə çalışırlar.

“Teleqraf” Kiyevin təklif etdiyi 5 bəndlik planı əldə edib. Əsas məqamlar:

Sülh müqaviləsi kapitulyasiyaya deyil, beynəlxalq hüquqa əsaslanmalıdır.Ukrayna üçün aydın təhlükəsizlik təminatlarının olması məcburidir.Danışıqlar üzərində nəzarəti xarici oyunçulara deyil, Ukraynaya qaytarmaq.Krım üzərində nəzarətin ötürülməsi riski barədə xəbərdarlıq - bu, Qara dəniz regionunda NATO-ya üzv ölkələr üçün təhlükə yaradacaq.Rusiyanın Ukrayna ordusunun sayını və ya ölkənin müdafiə potensialını məhdudlaşdırmaq hüququ olmamalıdır.

“Teleqraf” vurğulayır ki, əsas fikir ayrılığı Krım məsələsi olaraq qalır. Rusiya Federasiyasının ilhaq edilmiş ərazi üzərində suverenliyinin tanınması beynəlxalq hüquq normalarını və ərazi dəyişikliklərinin yalnız referendum yolu ilə mümkün olduğunu bildirən Ukrayna Konstitusiyasını pozar.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Aprel 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri