Icma.az
close
up
RU
Hər yerdə istifadə olunan bu yağ sürətlə bahalaşır

Hər yerdə istifadə olunan bu yağ sürətlə bahalaşır

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İndoneziyada biodizel istehsalının genişlənməsi dünyada bitki yağlarının qiymətini bahalaşdıra bilər. 

News24.az Reuters-ə istinadən xəbər verir ki, uzun illərdir bitki yağlarının qiymətini tənzimləyən palma yağının əsas istehsalçısı olan İndoneziya sürətlə biodizel istehsalını genişləndirir. Bu, dünya bazarına daha az palma yağının çıxarılmasına səbəb olur.

Dünyada tortlar və qızartma yağlarından tutmuş kosmetika və təmizlik məhsullarına qədər hər şeydə istifadə edilən palma yağı qlobal bitki yağı tədarükünün yarıdan çoxunu təşkil edir. Palma yağı Hindistanın başçılıq etdiyi inkişaf etməkdə olan bazarlarda istehlakçılar arasında xüsusilə populyardır.

Agentliyə danışan ekspertlər bildiriblər ki, onilliklər boyu ucuz olaraq qalan palma yağının bazar payı uğrunda mübarizə sayəsində istehsal yavaşıyır, İndoneziya biodizel istehsalı üçün ondan daha çox istifadə edir.

İndoneziya bu il biodizeldə palma yağının məcburi payını 40 faizə çatdırıb. Ölkə yanacaq idxalını məhdudlaşdırmaq istədiyi üçün 2026-cı ildə bu payı 50 faizə, gələn il isə təyyarə yanacağı üçün 3 faizə çatdırmağı hədəfləyir.

Cənub-Şərqi Asiyanın ən böyük palma yağı assosiasiyası olan GAPKI-nin rəhbəri Eddi Martononun sözlərinə görə, biodizel istehsalı İndoneziyanın ixracının 2024-cü ildəki 29,5 milyondan 30 faizdən çox azalaraq 2030-cu ildə cəmi 20 milyon tona düşməsinə səbəb olacaq.

İkinci böyük palma yağı istehsalçısı Malaziyada güclü yağıntılar bağlara böyük zərər vurduğuna görə ölkənin ixracında kəskin azalma qeydə alınmaqdadır.

Dünyanın ən böyük bitki yağları alıcısı olan Hindistanda xam palma yağı (CPO) son altı ayda xam soya yağından daha yüksək qiymətə satılır. Bu fərq bəzən bir tonda 100 dolları ötür. Halbuki 2022-ci ilin sonlarında palma yağı soya yağından 400 dollardan çox ucuza satılırdı. Ötən həftə Hindistanda 2019-cu ildə 500 dollardan az olan xam palma yağının qiyməti 1185 dollara yüksəlib.

Ekspertlərə görə, bitki yağının yüksək qiymətləri, istər palma yağından asılı olan ölkələrdə, istərsə də rəqabət aparan soya, günəbaxan və kolza yağlarından asılı olan ölkələrdə hökumətlərin inflyasiyanın qarşısını almaq səylərini çətinləşdirə bilər.

Qeyd edək ki, Azərbaycanda da palma yağından istifadə sürətlə artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə Azərbaycana 81 milyon 932 min ABŞ dolları dəyərində 64 min 560 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. 2023-cü illə müqayisədə idxal həcm ifadəsində 18 min 989 ton və ya 41,7 faiz, dəyər ifadəsində isə 29 milyon 589 min ABŞ dolları və ya 56,5 faiz artıb. 2023-cü ildə Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilmişdi.

Ötən il Azərbaycan Malaziyadan 23 min 896 ton, İndoneziyadan isə 40 min 663.5 ton palma yağı alıb.

\\Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Mart 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri