Hərbçi Maduronun saxlanılmasından 400 000 min qazanıb
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ hərbi zabiti Qannon Ken Van Dayk keçmiş Venesuela lideri Nikolas Maduroya qarşı əməliyyatla bağlı məxfi məlumatlara pul qoymaqda ittiham olunur.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Van Dayk əməliyyatın planlaşdırılmasında və icrasında iştirak edib və bu müddətdə əldə etdiyi məxfi məlumatlardan şəxsi mənfəət üçün istifadə edib.
İttihamnamədə deyilir ki, Van Dayk "Polymarket"də Venesuela və Maduro ilə bağlı təxminən 13 mərc qoyub və ümumilikdə 33.000 dollarlıq investisiyadan 400.000 dollardan çox udub.
Məlumata görə, mərclər ABŞ qüvvələrinin Karakasa girib Maduronu devirəcəyini göstərən hadisələrə yönəlib.
ABŞ rəsmiləri əsgərlərin xidməti vəzifələri zamanı əldə etdikləri məxfi məlumatlardan şəxsi mənfəət üçün istifadə etmələrinin qanunsuz olduğunu vurğulayıblar. Bəyanatda qeyd olunub ki, bu cür hərəkətlər etimadın ciddi şəkildə pozulmasıdır.
"Polymarke"t şübhəli əməliyyatları müəyyən etdiyini, bu barədə səlahiyyətlilərə məlumat verdiyini və istintaqla əməkdaşlıq etdiyini bildirib. Bu hadisə getdikcə populyarlaşan proqnoz bazarlarında insayder ticarəti və manipulyasiya riski ilə bağlı narahatlıqları yenidən artırıb.
Hakimiyyət orqanları bildirir ki, Van Dayk günahkar bilinərsə, həbs cəzası ilə üzləşə bilər.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 24 Aprel 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















