Hərbçilərimiz kikboksinq çempionatında 7 qızıl medal qazandılar
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri Türkiyənin Antalya şəhərində keçirilən “Hərbçilər arasında I açıq Kikboksinq çempionatı”nda iştirak ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yarışlarda MOİK-in zabiti Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü mayor Tofiq Niftəliyevin rəhbərliyi ilə təmsilçilərimiz müxtəlif çəki kateqoriyaları üzrə 7 qızıl, 1 gümüş və 4 bürünc medalı qazanıblar. Ümumilikdə komanda hesabı üzrə MOİK təmsilçiləri 11 ölkə arasında birinci yerə layiq görülüblər.
Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı Almaniya, Bosniya və Herseqovina, Ekvador, Fransa, Monqolustan, Özbəkistan, Polşa, Qazaxıstan, Türkiyə və Tailandın hərbi qulluqçuları iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar
24 Noyabr 2024 13:23
MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar AZƏRTAC
24 Noyabr 2024 13:11
Karateçilər dünya çempionatında 3 medal qazandılar
08 May 2025 21:42
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazandılar
06 Oktyabr 2025 15:56
Baxış sayı:47
Bu xəbər 24 Noyabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















