MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri Türkiyə Respublikasının Antalya şəhərində keçirilən hərbçilər arasında I açıq Kikboksinq çempionatında iştirak ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, yarışlarda MOİK-in zabiti Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü mayor Tofiq Niftəliyevin rəhbərliyi ilə təmsilçilərimiz müxtəlif çəki kateqoriyaları üzrə 7 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Ümumilikdə komanda hesabı üzrə MOİK təmsilçiləri 11 ölkə arasında birinci yerə layiq görülüblər.
Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı, Almaniya, Bosniya və Herseqovina, Ekvador, Fransa, Monqolustan, Özbəkistan, Polşa, Qazaxıstan, Türkiyə və Tailandın hərbi qulluqçuları iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Noyabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















