Icma.az
close
up
RU
Hərbi ekspert: Cəbhədə real dəyişiklik baş vermir

Hərbi ekspert: Cəbhədə real dəyişiklik baş vermir

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Biz də daxil olmaqla yüz milyonlarla insan Ukrayna üçün narahatdır. ABŞ prezidenti Donald Tramp isə Ukraynaya silah yardımı edəcəyini, artıq Rusiya lideri ilə danışmaq istəmədiyini bildirib. Amma Trampa çox da inanmaq olmaz. O, elə bir fiqurdur ki, hər an fikrini dəyişə bilər”.

Bu sözləri “Reytinq” qəzetinə hərbi ekspert Azad İsazadə deyib.
A. İsazadənin sözlərinə görə, indiki halda Tramp yalnız Bayden administrasiyasının Ukraynaya dəstəyini və yardımını bərpa edə bilər. “Ancaq unutmayaq ki, Bayden hökumətinin dəstək və yardımları da Ukraynaya yetərincə deyildi və daha çox müharibəni uzatmaq niyyəti ilə edilirdi”,- deyə hərbi ekspert əlavə edib.
İsazadənin qənaətincə, Amerika “heç-heçə” prinsipini qorumaq üçün Ukraynaya real yardım etmək əvəzinə yarımçıq dəstək verə bilər:
“Əlbəttə, Rusiyaya imkan verməyəcəklər ki, qalib gəlsin, istədiyini etsin. Amma Ukraynaya da qalib gəlmək üçün lazimi silahların veriləcəyini gözləmirəm. Beləcə, çalışacaqlar ki, tərəflər danışıqlar masasına gəlsin və sülh əldə olunsun. Bu yolla müharibəni dayandırmaq mümkündür və bu, yaxşıdır. Çünki insanlar öldürülməyəcək. Amma ümumilikdə problem qalacaq”.
Müsahibimiz əlavə edib ki, indi müharibədə nə Rusiya, nə də Ukrayna ordusunun gücü qalıb: “Hər iki ordu illərdir ki, müharibə aparır və yorulub. Odur ki, biz tərəflərdən birinin digərinin müqavimətini tam qıracağınızı gözləməməliyik. Sözsüz ki, artıq Moskvanın Kiyevi, Odessanı tutmaq kimi planları yoxdur, amma mümkün qədər Ukraynaya zərbə vurmağa çalışırlar. Məncə, elə bu səbəbdən də mülki obyektlər və dinc insanlar vurulur. Amma cəbhədə real və köklü dəyişiklik baş vermir”.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Avqust 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri