Icma.az
close
up
RU
Hərbi ekspert: “Təyyarə uçuş zolağına 100 km qalmış...”

Hərbi ekspert: “Təyyarə uçuş zolağına 100 km qalmış...”

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

AZAL-a məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğramasından sonra hadisənin səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Diqqətçəkən məqam isə təyyarədəki naməlum dəliklərdir. İlkin ehtimal hava gəmisinin quş sürüsü ilə toqquşması olsa da bunu qəlpə zərbəsi ilə əlaqələndirənlər də var. İddia olunur ki, təyyarə vurulub.

Globalinfo.az-a danışan hərbi ekspert Şair Ramaldanov deyib ki, istənilən qəzadan sonra hər hansı versiyalar irəli sürülür:

“Bu təbii haldır. Məsələnin əsas üzü qara qutulardakı məlumatlardan sonra məlum olacaq. Təyyarənin hərəkət marşrutu, hansı istiqamətdə gedib-qayıdacağı və s. onsuz da məlum idi. Bunu hansısa ölkənin hücumu ilə əlaqələndirənlərin də sayı çoxdur. Lakin sağ qalan insanların dindirilməsi, eləcə də rəsmi məlumat verilmədiyi halda dəqiqlikdə səbəbin bu olduğunu demək düzgün olmazdı.
Təyyarədəki naməlum dəliklərin istənilən bir səbəbdən yaranması mümkündür. Çünki uçuş zolağına 100 km qalmış təyyarə eniş edib. Hadisə yerində bütün sahələr üzrə mütəxəssislər, komissiya var. Onların fəaliyyəti, eləcə də qara qutudakı məlumatlar aşkar edildikdən sonra qəzanın səbəbi məlum olacaq.

Şair Ramaldanov

AZAL həmişə peşəkarlığı ilə seçilib. Orada yüksək təhlükəsizlik tədbirləri görülüb. Pilotlar da olduqca peşəkardır. Quru yolların bağlanmasından sonra əsas yük hava yollarının üzərinə düşüb”.

Hərbi ekspertin sözlərinə görə, yayılan videolardan da görmək olur ki, pilotlar və sitüardessalar çox soyuqqanlılıqla insanları sakitləşdirməyə çalışıblar:

“Bütün prosesləri peşəkarlıqla həyata keçiriblər. Bu böyük qəzada yüksək manevrlə təxminən 29 nəfərin sağ qalması olduqca ciddi məsələdir.

Hətta bəzi insanlar düşünür ki, təyyarə dənizə eniş etməli idi. Təyyarə Qroznıya enməkdən də hava şəraitinə görə imtina edib. Bu halda Xəzərdə hava şəraiti çox güman ki, eniş üçün əlverişli olmayıb. Digər tərəfdən heyətin özü də təhlükə altında idilər və buna rəğmən həm canları, həm də peşəkarlıq baxımından ən optimal varinatı seçiblər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri