Atası müxalifət partiyasına qoşulan hərbçi işdən çıxarıldı
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistanın müqaviləli hərbi qulluqçusu Sergey Ovanisyan atasının “Güclü Ermənistan” partiyasına qoşulması səbəbindən işdən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorgyan yerli KİV-ə bildirib.
O deyib ki, insanlar siyasi baxışlarına görə müxtəlif müəssisələrdə təzyiqlərə məruz qaldıqlarını bildirirlər.
“Çağırışçıların hərbi qeydiyyat şöbələrində və dövlət qurumlarında elə hallar olur ki, rəhbərlər əməkdaşlarını istefa ərizəsi yazmağa məcbur edirlər. Buna səbəb həmin şəxslərin “Vətəndaş müqaviləsi” partiyasını seçməməsidir.
Bu, çox kədərli reallıqdır. Mövcud hakimiyyət icmalarımızda və yaşayış məntəqələrimizdə yaranmış vəziyyətə nəzarət edə bilmir”, – deyə Andranik Gevorgyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Oktyabr 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















