Icma.az
close
up
RU
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar?

Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İsmayıllı rayonunun Kürdmaşı kənd məktəbində uzun illərdir müəllim işləyən Dilşad xanımı generalın adı ilə aldadıb, pulunu ələ keçiriblər. O, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini, Hava Döyüş komandiri, general-mayor Zaur Rüstəmovun adı ilə aldadılaraq, dələduzluğun qurbanı olub.

Bizimyol.info xəbər verir ki, İsmayıllı rayonundan olan general Zaur Rüstəmov vaxtilə Dilşad xanımın şagirdi olub. Dilşad xanım düşünüb ki, hazırda kənddə bir çox məsələlərdə olan kömək edən, işsizliyə görə dolanışığında çətinlik çəkən qohumu İlqar Mustafayevə iş tapmaqda bəlkə keçmiş şagirdi Zaur Rüstəmov onlara yardım edə bilər. Nəzərə alıb ki, Zaur Rüstəmov müəllimi kimi həmişə ona hörmətlə yanaşıb. Bu səbəbdən də generalın telefon nömrəsini axtarmağa başlayıb ki, İlqar Mustafayev üçün iş məsələsində ondan kömək istəsin.

Dilşad xanımın bu niyyətindən Kürdmaşı kəndində yaşayan Vüsal xəbər tutub və ona zəng edərək, generalın adı ilə danışıb. Özünü general Zaur Rüstəmov kimi təqdim edərək deyib ki, nəsə kömək lazımdırsa, etməyə hazırdır. Dilşad xanım da iş tapmaq məsələsində köməklik istəyib. O isə cavabında deyib ki, heç bir problem yoxdur. Bir neçə gün sonra isə zəng edərək bildirib ki, özünə yox, ətrafındakı uşaqlara 2500 manat pul göndərmək lazımdır. Dilşad xanım onun dediyi kart hesabına bu məbləği göndərib. Üstündən bir müddət keçsə də, iş düzəlməyib. Əvəzində “general” zəng edərək, daha 3000 manat istəyib. Dilşad xanım bundan şübhələnib, onunla görüntülü danışmaq istəyib. O isə imtina edib.

Bundan sonra Dilşad xanım ona zəng gələn nömrəni kənd sakinlərindən biri vasitəsilə yoxlatdırıb. Öyrənib ki, həmin nömrə kənd sakini Vüsala məxsus imiş. O, Vüsalgilə gedib, baş verənləri onun anasına danışıb, 2500 manatını tələb edib. Anası baş verənlərdən xəbərsiz olduğunu bildirib. Pulun qaytarılmasını bir müddət gözləyəndən sonra qaytarılmadığını görüb, polisə şikayət edib.

Araşdırmalar zamanı məlum olub ki, Vüsal başqa bir şəxsə qarşı da qızı üçün müavinət düzəltmək adı ilə 1500 manat alaraq dələduzluq edib. O, cinayət məsuliyyətinə cəlb ediləndən sonra hər iki zərərçəkmişin pulunu qaytarıb, onlarla barışıq əldə edib. Lakin məhkəmə onun 2 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Sentyabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri