Hərbi helikopter qəzaya uğradı Bütün heyət həlak oldu
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın "Mi-8" hərbi helikopteri Poltava vilayətində dronların zərərsizləşdirilməsi zamanı qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, bu barədə bu gün UNİAN Ukraynanın Lvov vilayətinin Brodi şəhər şurasına istinadən məlumat yayıb.
"30 iyun 2026-cı ildə düşmənin pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsi üzrə döyüş tapşırığını yerinə yetirərkən "Mi-8" helikopterinin heyəti həlak olub", - məlumatda bildirilib.
Məlumata görə, hadisə nəticəsində kapitan Yuri Voron, mayor Valentin Mukşinov, baş leytenant Boqdan Xmel və kiçik çavuş Mixail Deryaqanın da daxil olduğu bütün heyət həlak olub.
Rusiya güc strukturlarından TASS-a verilən məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin ordu aviasiyasının 16-cı əlahiddə briqadasının helikopter eskadrilyasının şturman-pilotu Valentin Mukşinov Poltava vilayətində "Geran" zərbə dronlarının tətbiqi ilə Rusiya Ordusu tərəfindən öldürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 06 İyul 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















