Hərbi hissədə komandaqərargah təlimi keçirilib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin ilkin mərhələsində bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub:
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib. Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib".

Hərbi hissədə komandaqərargah təlimi keçirilib
15 Noyabr 2024 17:26

