Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimatı olub

“İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimatı olub

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, tədqiqatçı-alim Eldar Nuriyevin müəllifi olduğu, yeni nəşrdən çıxmış “İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimat mərasimi olub.

XQ xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə silsilə tədbirlər planlaşdırıldığını qeyd edib, bu səpkidə ilk tədbirin məhz Prezident İlham Əliyevin doğum günündə - Böyük Qayıdış mövzusunda olmasının rəmzi mənasına diqqət çəkib: “Azərbaycan QHT-ləri ölkəmizi qələbədən qələbəyə aparan Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Dövlətin QHT-lərə dəstəyi və diqqəti vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. QHT-lər Böyük Qayıdışa güclü ictimai dəstək verir, bu sahədə çoxsaylı layihələr icra edirlər”.

Müəllif Eldar Nuriyev dünyada postmünaqişə bölgələrində qısa müddətdə bu miqyasda işlərin görülməsinə indiyədək rast gəlinmədiyini vurğulayıb, ötən 5 ildə Qarabağda və Şərqi Zəngəzurda 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədlərinin hazırlanmasını və quruculuq işlərinə başlanılmasını tarixi hadisə adlandırıb. O, Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi olan Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsini milli iradənin təntənəsi kimi ətraflı şərh edib. E.Nuriyev “İlham Əliyev və Böyük Qayıdış” kitabında ermənilərin tarixən Azərbaycan torpaqlarına köçürülməsindən indiyədək olan dövrə nəzər saldığını, bu prosesdə mühüm faktların üzərində dayanaraq geniş təhlil etdiyini diqqətə çatdırıb. O, müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin xilaskarlıq missiyasına toxunub, Azərbaycanın dövlət başçısının sözünün imzası qədər dəyəri olan siyasi xadim, əsl lider kimi dünyada böyük şöhrət qazandığını bildirib: “Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü – İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirir, ən əlçatmaz arzuları reallığa çevirir və bu yaxınlaşan uzaqlardan həm də açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür”.

Təqdimat mərasimində çıxış edən QHT təmsilçiləri kitabda olduqca mühüm faktların yer aldığını bildirib, bu sanballı nəşri Böyük Qayıdış prosesinin real mahiyyətinin izahına əsl töhfə kimi dəyərləndiriblər. Qeyd olunub ki, Tarixi Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlığa və şəhərsalmaya müfəssəl baxışının aydın təzahürüdür.

Daha sonra müəllif kitabla bağlı sualları cavablandırıb.

Qeyd olunub ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tədbirlərini davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri