Hərbi hissələrdə əsgərlərlə görüşə qoyulan müvəqqəti məhdudiyyət nə qədər davam edəcək? AÇIQLAMA
Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə yaydığı məlumata əsasən gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bəs, sözügedən məhdudiyyət hansı tarixə qədər davam edəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a hərbi ekspert Heydər Mirzə danışdı.
Hərbi ekspert açıqlamasında qeyd etdi ki, qış mövsümündə əsgərləri yayılan viruslardan qorumaq üçün belə məhdudiyyətin qoyulması normal haldır:
"Bu məhdudiyyət əsgərlərin sağlamlığını nəzərə alaraq qoyulub. El arasında "qrip" dediyimiz xəstəlik və virusların qarşısını almaq üçün atılmış addımdır. Belə qərarlar, əsasən, mövsümi xarakter daşıyır. Nəzərə alsaq ki, indi də qışın tam ortasıdır və sözügedən xəstəliklərin yayılmasının pik həddidir. Bu tək indiyə yox, bütün illərin bu mövsümünə aiddir. Əslində, məhdudiyyətin nə zamandan aradan qaldırılacağı ilə bağlı konkret müddət demək çətindir. Amma, düşünürəm ki, qış mövsümü bitdikdən sonra bu məhdudiyyət aradan götürüləcək".
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:90
Bu xəbər 10 Dekabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















