Icma.az
close
up
RU
Hərbi Prokurorluqda Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar elmi praktik konfrans keçirilib FOTO

Hərbi Prokurorluqda Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar elmi praktik konfrans keçirilib FOTO

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Fevralın 25-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Aznews.az-a bildirilib ki, Hərbi Prokurorluğunun inzibati binasında yerləşən və onun nəzdində fəaliyyət göstərən Soyqırımı Memorial Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun əməkdaşları, deputatlar, habelə ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçıları Soyqırımı Memorial Muzeyini ziyarət edib, onlara muzey və orada saxlanılan tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib, həmçinin Xocalı soyqırımı qurbanları haqqında məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Bundan sonra konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad olunmasından, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib. Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, əldə edilən uğurlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın zəngin fəaliyyəti töhfələr verməkdədir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, həmin dəhşətli gecədə baş verənlərdən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışaraq, bütün bunların Azərbaycan Respublikasının Baş Prokurorluğunda və Hərbi Prokurorluğunda istintaq olunmuş cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan hərbi prokuror Xanlar Vəliyev tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımlar, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni, həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mükəmməl siyasətin, o cümlədən uğurlu xarici siyasətin, eləcə də dövlətimizin başçısının müstəsna xidmətlərinin, müdrik liderin səlis cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışlarının və müsahibələrinin nəticəsidir.

Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının son dərəcə mühümlüyünü qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən işlər, o cümlədən Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Hərbi prokuror Xanlar Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında doğru və dolğun məlumatların bütün dünyaya yayılması ilə bağlı yorulmaz fəaliyyətindən söz açıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində törədilmiş müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib, mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsəd ilə istintaq-əməliyyat qrupu yaradılıb, 2005-ci il 5 may təşəbbüsü əsasında həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika hərbi prokuroruna həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb və iş uzun müddət Hərbi Prokurorluqda istintaq olunub.

Cinayət işi Hərbi Prokurorluqda istintaq olunduğu müddətdə 81 mindən artıq istintaq hərəkəti icra edilib, o cümlədən 29 mindən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib, 30 mindən artıq şəxs şahid qismində dindirilib, 18 mindən artıq şəxs mülki iddiaçı qismində tanınıb, 4000-ə yaxın müxtəlif növ ekspertizalar keçirilib, 34 minə yaxın prosessual qərarlar qəbul edilib və digər çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işinin Hərbi Prokurorluqda istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 şəxsin barəsində onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də olub. Sözügedən işlər üzrə yekunlaşmış və hazırda davam edən istintaq və məhkəmə proseslərini xüsusi vurğulayan hərbi prokuror Xanlar Vəliyev xalqımıza qarşı sülh və insanlıq əleyhinə və digər cinayətlər törətmiş bütün şəxslərin öz layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.

Tədbirdə deputatlar - Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Müşfiq Cəfərov, Nigar Arpadarai və digər şəxslər də bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə çıxış ediblər.

Milli Məclisin deputatları, həmçinin Hərbi Prokurorluq tərəfindən görülən mühüm əhəmiyyətli işlərə, o cümlədən sülh və insanlıq əleyhinə olan və digər cinayətlərin istintaqını peşəkarlıqla apardıqlarına, eləcə də Soyqırımı Memorial Muzeyinin yaradılmasına görə ədliyyə general-leytenantı Xanlar Vəliyev başda olmaqla bütün kollektivə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə soyqırımı haqqında hazırlanmış “Əsrin faciəsi” rəqəmsal videodiski nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 25 Fevral 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see130

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see126

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see125

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see125

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see121

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see120

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see120

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see119

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see119

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see118

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see117

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see116

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see111

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see108

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri