Icma.az
close
up
RU
Hərbi sahədə uğurlu əməkdaşlıq...

Hərbi sahədə uğurlu əməkdaşlıq...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri qardaşlığın göstəricisidir

Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin  nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin də rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.

Qarsda “Heydər Əliyev-2026” birgə təlimi...

Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. İki qardaş dövlət olan Azərbaycanla Türkiyənin hərbi qüvvələrinin birgə hərbi təlimləri isə artıq ənənə halını alıb. Buna nümunə kimi iki ölkənin “Mustafa Kamal Atatürk”, “Anadolu Qartalı”, “Sarsılmaz Qardaşlıq” adlı birgə hərbi təlimlərini göstərmək olar. Eləcə də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş” hərbi təlimləri də xüsusi vurğulanmalıdır.

Qeyd edək ki, 2026-cı ilin planına əsasən, Azərbaycan və Türkiyənin hərbçiləri birgə hərbi təlimlər keçirirlər. İki qardaş dövlət arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026” birgə təlimi də bunun göstəricisidir. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə birgə təlimə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

“Ümid” körpüsündə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub. Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibətilə keçirilən tədbirdə ƏÜO komandanı, general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb. Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir. Təlimin planında müxtəlif şəraitlərdə döyüş, eyni zamanda, xüsusi tapşırıqların icra olunması əksini tapıb.

“Şuşa Bəyannaməsi” hərbi əlaqələri gücləndirir

Ümumiyyətlə, hazırda dünyada artan münaqişələr, qlobal təhdidlər belə hərbi təlimlərin davamlı olaraq keçirilməsini zəruri edir. Nəzərə alaq ki, hazırda regionda münaqişə və müharibələr davam edir. Ona görə də, ölkəmizin müdafiə qabiliyyətinin artırılmasında hərbi təlimlər vacib rol oynayır. Məsələ ilə bağlı qəzetimizə açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib ki, mütəmadi olaraq hərbi təlimlərin keçirilməsi dövlətlərarası razılaşmalara əsasən reallaşdırılır. Azərbaycanın ən çox birgə hərbi təlim keçirdiyi ölkə isə dost və qardaş Türkiyədir. Onun sözlərinə görə,  Azərbaycan dövlətinin bu istiqamətdə sərgilədiyi mövqe beynəlxalq hüquqa və dövlətlərarası imzalanmış sənədlərə əsaslanır: “Azərbaycan ilə Türkiyə bu gün əsl müttəfiqlik nümunəsi ortaya qoyur. Müttəfiqliyin ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də perspektivlər vəd edir. Nəzərə alaq ki, “Şuşa Bəyannaməsi”ndə hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən sənəddə Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi bildirilir. Bütün bunlar isə yeni dönəmdə Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas komponentləri sırasındadır”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi hərbi əməkdaşlığın mühüm elementlərindən biridir. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də hər iki dövlətin əməkdaşlığı yüksələn xətlə davam edir. Yəni bu istiqamətdə siyasi iradə ortadadır. Bunun  nəticəsində Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimləri ilbəil artırılır. Onun sözlərinə görə, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026” birgə təlimi də bu baxımdan önəmlidir. Bu təlimlər heç bir ölkəyə qarşı yönəlməyib, sadəcə iki qardaş ölkənin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

“Əslində, düşünürəm ki, bu hərbi təlimlər sülh və təhlükəsizlik naminədir, onun bütün region üçün faydası var. Çünki Azərbaycanla Türkiyə hər zaman bölgədə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Məşhur bir deyim var ki, “təlimdə nə qədər tər töksən, döyüşdə bir o qədər az qan axıdarsan”. Türkiyə ordusu NATO-nun ikinci güclü ordusudur. Azərbaycan Ordusunun belə bir güclü, müasir tələblərə cavab verən ordu ilə əməkdaşlığı, birgə təlimləri davam edəcək”,-deyə E.Həsənli vurğulayıb.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Aprel 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri