Icma.az
close
up
RU
Hərbi və xüsusi rütbəli şəxslərin sosial təminat sisteminin təkmilləşdirilməsinə yönəlmiş addım

Hərbi və xüsusi rütbəli şəxslərin sosial təminat sisteminin təkmilləşdirilməsinə yönəlmiş addım

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Respublikası Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı hərbi qulluqçuların, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərin işdənçıxarma müavinətləri, xidmət müddətləri və təminat xərcliyinin hesablanması ilə bağlı yeni qaydaları və düzəlişləri əhatə edir:
"Qərarın əsas məqsədi mövcud normativ aktların yenilənməsi, müasir xidmət tələblərinə uyğunlaşdırılması və xidmət keçən şəxslərin sosial təminat mexanizmlərinin təkmilləşdirilməsidir. Qərarda bir neçə mühüm istiqamət önə çəkilir. Birincisi, 1992-ci il tarixli 631 nömrəli qərarın adı və məzmunu tamamilə dəyişdirilərək işdənçıxarma müavinətinin miqdarı və ödənilməsi şərtləri konkret şəkildə müəyyənləşdirilir. Əvvəllər uzunmüddətli xidmətə görə hesablamalar əsas götürülürdüsə, indi əsas diqqət buraxılma səbəblərinə və xidmət növünə yönəlib. Məsələn, xəstəliyə, yaş həddinə və ya ştat ixtisarına görə xidmətdən buraxılanlara beş aylıq vəzifə və rütbə maaşı, digər hallarda isə iki aylıq məbləğdə müavinət ödənilməsi təsbit olunur. Əgər hərbi qulluqçunun və ya ədliyyə orqanı əməkdaşının təqvimi xidmət müddəti dörd ildən azdırsa, o zaman yarım aylıq maaşın 50 faizi miqdarında ödəniş müəyyən edilir. Xidmət dörd ildən çox olduqda, hər əlavə il üçün 20 faiz artım tətbiq olunur, lakin bu məbləğ iki aylıq maaşdan çox ola bilməz".
Hüquqşünas deyib ki, qərarda diqqət çəkən digər dəyişikliklər terminoloji və hüquqi dəqiqliklə bağlıdır.
“Tərxis” anlayışı “xidmətdən buraxılma” ilə əvəz olunur, bu isə xidmət sahələri arasında vahid hüquqi terminologiyanın yaradılmasına xidmət edir. “İşdən çıxarma pulu” termini də “işdənçıxarma müavinəti” kimi dəyişdirilərək daha rəsmi hüquqi məzmun qazanır. Digər bir mühüm dəyişiklik 2007-ci il 135 nömrəli qərara edilən əlavələrlə bağlıdır. Burada hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması qaydaları genişləndirilir və konkretləşdirilir. Artıq xidmət müddətinə yalnız birbaşa hərbi qulluq dövrləri deyil, həm də qeyri-qanuni tutulma, əsirlik, mühasirə, səfərbərlik zamanı xidmət, xüsusi dövlət orqanlarında işləmə, təhsil dövrləri kimi müddətlər də daxil edilir. Bu, xidmət keçmiş şəxslərin əmək pensiyası hüquqlarını daha ədalətli şəkildə təmin etmək məqsədi daşıyır. Qərarın ən əhəmiyyətli yeniliklərindən biri güzəştli xidmət illəri ilə bağlıdır. Məsələn, döyüş şəraitində və ya dağlıq, ağır iqlim şəraitində xidmət edən hərbi qulluqçuların xidmətin bir ayı iki ay sayılır. Eyni zamanda, paraşütlə tullanma, sualtı qayıqlarda xidmət, sərhədin bilavasitə qorunması kimi xüsusi riskli vəzifələrdə xidmət edən şəxslər üçün də bir ay ayyarım hesablanır. Bu, onların xidmət illərinin tezləşdirilmiş qaydada pensiya hüququna çatmasına imkan yaradır".
Əli İbrahimovun sözlərinə görə, sənəddə ədliyyə orqanları ilə bağlı xüsusi vurğular da yer alır:
"Artıq ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərində çalışan əməkdaşların azadlıqdan məhrumetmə müəssisələrində və müalicə ocaqlarında mülki işçi kimi işlədikləri dövr də xidmət müddətinə daxil edilir. Bu, xüsusilə cəza icra sistemində çalışanların sosial müdafiəsini gücləndirir. Bundan əlavə, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış şəxslərin iş yerlərinin və maaşlarının saxlanılması ilə bağlı yeni hüquqi təminatlar da verilir. Eyni zamanda, bu müddət ərzində onlara işdənçıxarma müavinəti verilməyəcəyi müəyyən edilir ki, bu da təkrarlanan ödənişlərin qarşısını almaq məqsədi daşıyır.
Ümumilikdə, bu qərar xidmət müddətinin daha ədalətli və şəffaf şəkildə hesablanmasına, hərbi və xüsusi rütbəli şəxslərin sosial təminat sisteminin təkmilləşdirilməsinə yönəlib. Dəyişikliklər həm qanunların sistemləşdirilməsinə, həm də praktiki tətbiqdə vahid yanaşmanın formalaşdırılmasına mühüm töhfə verir. Nəticədə, hərbi, ədliyyə və digər xüsusi rütbəli xidmət sahələrində çalışan şəxslərin hüquqları daha aydın şəkildə tənzimlənir və onların dövlət tərəfindən sosial müdafiəsi gücləndirilir".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Noyabr 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri