“Yaşıl enerji”dən milyardlıq investisiyalara: Bakı Əbu Dabi əməkdaşlığının yeni mərhələsi
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Postmüharibə dövrü üçün Azərbaycan dövlətinin əsas əməkdaşlıq coğrafiyalarından biri də Fars Körfəzi regionudur. İndiyə qədər İran, Qətər, İraq, Səudiyyə Ərəbistanı, eləcə də, Ərəb Dövlətləri Liqasına daxil olan digər ölkələrlə çoxtərəfli faydalı əməkdaşlıq əlaqələri formalaşıb. Bu sırada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də xüsusi yer tutur”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Mərrrəmzadə deyib.
Deputat bildirib ki, Azərbaycan-BƏƏ əlaqələrinin tarixi ötən əsrin 90-cı illərinin əvvəllərinə gedib çıxır: “Hazırda Bakı-Əbu-Dabi əməkdaşlığı üçün yeni dövrün başlandığını qətiyyətlə söyləmək olar. Bakı-Əbu-Dabi təmaslarının güclənməsi regional və qlobal sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində də özünəməxsus rol oynayır. Prezident İlham Əliyevinbu ölkəyə son səfəri strateji tərəfdaşlığın möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də, regionda sabitlik və təhlükəsizliyin təmini üzrə Azərbaycan-BƏƏ əlaqələrini daha praqmatik müstəviyə keçirəcək”.
O əlavə edib ki, hazırda Bakı və Əbu-Dabi arasında münasibətlərin dinamikasını şərtləndirən digər mühüm sahə iqtisadi sferadır. “İqtisadi əlaəqlərin nəticəsi olaraq 2025-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq 147,49 milyon dollara çatıb. Hazırda ölkəmizdə BƏƏ kapitalı ilə 420 şirkət qeydiyyatdan keçib. İkitərəfli münasibətlər qurulandan bəri Azərbaycan BƏƏ iqtisadiyyatına 1 milyard dollar, BƏƏ isə ölkəmizə 3,3 milyard dollar vəsait yatırıb. Ölkələrimiz arasında tranzit daşımaların həcmi 20 faizdən çox artıb.
Ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın güclənməsinə xidmət edəcək digər sektorlar da var. Azərbaycan və BƏƏ liderlərinin son görüşündə iqtisadi, enerji, mədəni, humanitar, nəqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və digər sahələr üzrə əməkdaşlığın perspektivlərinin müzakirəsi o anlamı daşıyır ki, Bakı BƏƏ-ni Fars Körfəzi regionunun, Əbu-Dabi isə Azərbaycanı Cənubi Qafqaz coğrafiyasının favorit dövləti kimi qəbul edir və əlaqələrini də məhz bu faktoru nəzərə alaraq qurmağa üstünlük verir. Son illər hər iki ölkənin biznes dairələri ticari-iqtisadi, turizm və investisiya imkanlarını nəzərdən keçirmək üçün mütəmadi forumlarda iştirak edir və iki regionu daha da yaxınlaşdıracaq prioritet sahələri müəyyənləşdirməyə çalışırlar.
Azərbaycan və BƏƏ iqtisadi təmaslarının aparıcı sahələrindən biri də bərpaolunan enerjidir. Ölkəmizin “yaşıl enerji” üzrə yaxından əməkdaşlıq etdiyi “Masdar” şirkətinin dəstəyi ilə 2023-cü ildə “Qaradağ” GES-i istifadəyə verildi. Stansiya ildə 500 milyon kilovat-saat enerji istehsal etmək gücündədir. Bu isə 200 min tondan çox karbon qazının atmosferə buraxılmasını azaltmağa imkan verəcək. Ötən il yenə də BƏƏ-yə məxsus “Masdar” şirkəti tərəfindən daha 3 bərpaolunan enerji obyektinin təməli qoyuldu. Həmin obyektlərin investisiya dəyəri 1 milyard dollara yaxındır. SOCAR və “Masdar” dəniz külək enerjisinin istehsalı üzrə də birgə proqramlar işləməyi planlaşdırırlar. Bundan başqa, Azərbaycan və BƏƏ-nin 1 milyard maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaratması, eləcə də, Ərəb Əmirliklərinə məxsus şirkətlərdən biri ilə 5 milyard dollar dəyərində şəhər tikintisi sahəsində əməkdaşlıq sazişinin imzalanması Bakı və Əbu-Dabinin daha böyük və perspektivli hədəflərə kökləndiyini təsdiqləyir. Artıq Azərbaycanın kənd təsərrüfatı məhsulları BƏƏ-nin ticarət şəbəkələrinə Made in Azerbaijan brendi ilə daxil olmaqdadır. Beləliklə, Azərbaycan ərəb dünyası və Fars Körfəzi bölgəsində özünün siyasi və iqtisadi varlığını təsdiqləyir. Prezidentin həyata keçirdiyi çoxtərəfli diplomatiya Avropa, MDB, Türk dünyası ilə bərabər indiyə qədər ənənəvi olmayan coğrafiyalarda da ölkəmizin təqdimatına təkan verir. Bütün bunlar isə Azərbaycanın qlobal sülh və təhlükəsizliklə yanaşı, beynəlxalq iqtisadi əlaqələrdə də vacib aktor kimi imicini möhkəmləndirir”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 22 Dekabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















