Hərbi vəziyyət komandanlığının qoşunları Cənubi Koreya parlamentinə SOXULDU VİDEO
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hərbi vəziyyət komandanlığının qoşunları Cənubi Koreya parlamentinə soxula bilib.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Bildirilib ki, hazırda Cənubi Koreya Milli Assambleyasının (parlament) girişində mülki şəxslərlə hüquq-mühafizə orqanları arasında toqquşma baş verir.
Əgər müxalifət nümayəndələri parlamentə daxil olub səsvermə prosedurunu həyata keçirə bilsələr, o zaman konstitusiyaya görə hərbi vəziyyət ləğv oluna bilər. Bunun qarşısını dövlət başçısı Yun Seok-yeolun “Milli Assambleyanın qapıları bağlanmalıdır” fərmanını icra edən hüquq-mühafizə orqanları alır. Müxalifət partiyalarından olan deputatlar hətta prezidentin impiçmentinə səs vermək üçün parlamentin hasarına dırmaşırlar.
Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu bəyan edib. O, bu qərarı “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” istəyi ilə əsaslandırıb.
Ölkədə hərbi vəziyyət dövründə istənilən siyasi fəaliyyət qadağan edilir, siyasi partiyaların fəaliyyəti dayandırılır, siyasi aksiyalar qadağan edilir, bütün media orqanları hakimiyyətin nəzarətindədir.
Bundan əvvəl Cənubi Koreyanın Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərə xidmətə qayıtmaq əmri verib.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 03 Dekabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















