Icma.az
close
up
RU
Hərbi xidmətdən yayınan daha bir gənc həbs edildi Yeni Gündəm

Hərbi xidmətdən yayınan daha bir gənc həbs edildi Yeni Gündəm

Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda hərbi xidmətdən yayınan daha bir gənc cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo” xəbər verir ki, hadisə Ağsu rayonunda baş verib.

Ağsu Rayon Məhkəməsinin 15 noyabr tarixli hökmü ilə rayon sakini 2006-cı il təvəllüdlü Həsən Əhmədova (ad-soyad şərti) 4 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 21.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, 2024-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağsu Rayon Şöbəsi H.Əhmədova hərbi xidmətə getmək üçün çağırış vərəqəsi göndərib. O, tibbi müayinədən keçirilərkən sinəsində “ATA” ifadəsi yazılmış döymə aşkarlanıb. Bununla bağlı olaraq o, Mingəçevirdəki rayonlararası psixonevroloji dispanserə göndərilib. Buradakı müayinələr zamanı 18 yaşlı gəncin hərbi xidmətə yararlı olması və psixoloji probleminin olmadığı müəyyən edilib.

Daha sonra Həsən Əhmədov təyinatı üzrə hərbi hissəyə göndərilib. Lakin orada onurğa nahiyəsində skolioz şübhəsi ilə bağlı geri qaytarılıb. SHXÇDX-nin Ağsu Rayon Şöbəsinin əməkdaşları bu dəfə onu Bakıdakı xəstəxanaya apararaq müayinə etdirib. Burada da çağırışçının həqiqi hərbi xidmətə yararlı olmasına rəy verilib. Bundan sonra ona komissarlığın əməkdaşları tərəfindən həqiqi hərbi xidmətə çağırış vərəqəsi verilib və aprelin 30-u hərbi hissədə olması bildirilib.

Aprelin 29-da xidmət əməkdaşları telefon vasitəsilə H.Əhmədovla əlaqə saxladıqda o, qollarını ülgüclə doğradığını, qan içində olduğunu və hərbi xidmətə getmək istəmədiyini bildirib.

Bununla bağlı olaraq gənc yenidən müayinə etdirilib və qolunda kəsiklər aşkarlanıb.

Xidmət tərəfindən prokurorluğa müraciət edilib və faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 19 yaşlı Ramin Osmanov da (ad-soyad şərti) iki ardıcıl çağırışda xidmət keçməkdən boyun qaçırdığı üçün həbs olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 20 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri