Icma.az
close
up
RU
Hərbi xidmətdən yayınan gənc həbs edildi Xəbər saytı Son xəbərlər və Hadisələr

Hərbi xidmətdən yayınan gənc həbs edildi Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda hərbi xidmətdən yayınan çağırışçı həbs edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 19 yaşlı Ramin Osmanov (ad-soyad şərti) iki ardıcıl çağırışda xidmət keçməkdən boyun qaçırıb.

R.Osmanov 2024-cü ilin yanvarında hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilərək hərbi xidmətə yararlı hesab edilib. O, müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi birləşməsinə təyin olunub.

Çağırışçı hərbi birləşməyə getmək üçün Dövlət Xidmətinin Xətai rayon idarəsinə gəlib, lakin hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə əvvəlcə ağrıyan dişlərinin müalicə etdirməsinin zəruri olduğunu, sonra isə telefon vasitəsilə anası ilə danışmasını bəhanə gətirərək həmin ünvandan uzaqlaşıb.

Gənc bundan sonra hərbi xidmətdən yayınmaq üçün növbəti dəfə eyni addımı atıb.

Bu səbəbdən onun barəsində Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb.

Osmanovun işi Xətai Rayon Məhkəməsində araşdırılıb. Ona 1000 manat məbləğində cərimə cəzası kəsilib. Amma ittiham tərəfi hərbi xidmət keçmək istəməyən müttəhimin sərbəst qalması ilə razılaşmayıb.

Hökmdən verilmiş protesti Bakı Apellyasiya Məhkəməsi təmin edib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Osmanov 1 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalındaca həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri