Hərbi xidmətə cəlb edilən 11 yaşlı oğlan öldürüldü FOTO
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranda azyaşlıların hərbi fəaliyyətə cəlb olunması ilə bağlı iddialar fonunda növbəti faciə baş verib.
Bakupost.az Musavat.com-a istinadən xarici mənbələrə istinadən xəbər verir ki, Tehranda hərbi obyektlərə endirilən hava zərbəsi nəticəsində 11 yaşlı Əlirza Cəfəri həyatını itirib.
Məlumatı HENGAW hüquq-müdafiə təşkilatı yayıb. Bildirilir ki, azyaşlı hadisə zamanı nəzarət-buraxılış məntəqəsində olub və hərbi xidmətlə bağlı müəyyən funksiyalar yerinə yetirirmiş.
İddialara görə, Əlirza Cəfəri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azyaşlıları hərbi və mühafizə işlərinə cəlb etməsi ilə bağlı çağırışlarından sonra həyatını itirən ilk uşaq kimi qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl də mediada İranda yeniyetmələrin səfərbər olunması və riskli fəaliyyətlərə cəlb edilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Baxış sayı:137
Bu xəbər 30 Mart 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















