Icma.az
close
up
RU
“Bilik Günü” sərgisi

“Bilik Günü” sərgisi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

XQ  İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, sərgidə təhsil və elm mövzusuna həsr olunmuş zəngin ədəbiyyat oxucuların ixtiyarına verilib. Burada təhsil sahəsində tarixi inkişaf mərhələlərini, dövlət siyasətini və müasir çağırışları dolğun şəkildə əks etdirən “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti”, “Heydər Əliyev məktəblilərin gözü ilə”, "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008", “Təhsil millətin gələcəyidir”, “Azərbaycanın təhsil siyasəti”, “Təhsilin idarəetməsinə yeni yanaşmalar”, “Təhsil və cəmiyyət. Təhsil islahatının dinamikası” adlı nəşrlər, o cümlədən “Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi”, “Təhsilimiz: dünəndən sabaha”, “Müəllimlərin peşəkar inkişafı beynəlxalq təcrübədə”, “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz”, “Müəllim və müəllimlik” və digər dəyərli nəşrlər nümayiş olunur.

Burada, həmçinin 1888-ci ildə A. O. Çernyayevskinin və Səfərəli bəy Vəlibəyovun tərtibində işıq üzü görən və Azərbaycanda ilk əsaslı dərs vəsaiti olan "Vətən dili"nin II hissəsi, Respublikanın ilk Əməkdar müəllimi – Akif Bayram, İrəvan müəllimlər seminariyası və onun məzunları haqqında kitablar da yer alıb.  

Sərgi iki həftə müddətində davam edəcək və bütün maraqlanan oxucular üçün açıq olacaq.

Müşfiq Mirzə
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri