Hersoq və Modi Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail Prezidenti İshaq Hersoq və Hindistanın Baş naziri Narendra Modi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi qəbulda baş verən atışmanı pisləyiblər.
Bizim.Media xəbər verir ki, hər iki lider insident zamanı Trampın və ABŞ-ın digər yüksək vəzifəli şəxslərinin xəsarət almamasından məmnunluqlarını ifadə ediblər.
Hindistanın Baş naziri Narendra Modi “X” hesabında zorakılığı kəskin şəkildə pisləyib.
“Demokratiyada zorakılığa yer yoxdur və o, qətiyyətlə pislənməlidir”, - deyə Modi bildirib.
İsrail Prezidenti İshaq Hersoq da hadisə ilə bağlı narahatlığını ifadə edib və ABŞ Prezidenti Donald Trampa dəstəyini bildirib.
Qeyd edək ki, Vaşinqtonda keçirilən qəbul zamanı atışma baş verib. İnsidentdən sonra Prezident Donald Tramp tədbirdən təxliyə edilib, şübhəli şəxs saxlanılıb.
Bizim.Media
Baxış sayı:120
Bu xəbər 26 Aprel 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















