Icma.az
close
up
RU
Hərtərəfli yeniləşmənin növbəti hədəfləri

Hərtərəfli yeniləşmənin növbəti hədəfləri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ölkəmizin davamlı inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi bu gün qarşıda duran mühüm vəzifələrdəndir. Qarşıda duran yeni hədəflərə çatmaq isə dövlət qurumlarının fəaliyyətində məsuliyyətin artırılmasını, vətəndaşlarla əlaqələrin gücləndirilməsini, hər bir sahədə konkret nəticələrə nail olunmasını tələb edir.

Bu məsələlər bu günlərdə bölgələrdə Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşzakirəklərdə diqqət mərkəzindədir.

Tovuz

Tovuzda keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov dövlət başçısının qurultaydakı nitqinin siyasi və ictimai əhəmiyyətindən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlər Azərbaycanın gələcək inkişafının, milli təhlükəsizliyinin və iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Vurğulanıb ki, əldə olunan tarixi nailiyyətlərin qorunması, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin yad ideoloji təsirlərdən müdafiəsi dövlət qurumları ilə yanaşı, bütövlükdə ictimaiyyətin üzərinə mühüm vəzifələr qoyur. Xüsusilə uşaqların və gənclərin milli ruhda tərbiyəsi, onların sağlam dünyagörüşünün formalaşdırılması, ailə və məktəb arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Müşavirədə Tovuzun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə də geniş yer ayrılıb. Əhalinin qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi, yaşayış məntəqələrində mövcud problemlərin mərhələli həlli istiqamətində görülən işlərdən danışılıb.

Bildirilib ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət qurumlarının fəaliyyətinin başlıca meyarlarından biridir. Bunun üçün vətəndaş müraciətlərinə həssas yanaşılmalı, problemlərin həlli süründürməçiliyə yol verilmədən təmin edilməli, insanlarla birbaşa ünsiyyət daha da gücləndirilməlidir. Təhsil və mənəvi tərbiyə məsələləri də geniş müzakirə olunub.

Naftalan

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuştoplantı keçirilib.

Məclisdə  Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov geniş məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin qurultaydakı nitqinin siyasi və strateji əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət başçısının proqram xarakterli çıxışında Azərbaycanın keçdiyi inkişaf yolu təhlil olunmaqla yanaşı, ölkənin gələcək tərəqqisinin əsas istiqamətləri, milli təhlükəsizliyin möhkəmləndirilməsi və qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilib.

Qeyd olunub ki, Azərbaycan ötən dövrdə böyük inkişaf yolu keçib. 1990-cı illərin ağır sosial-iqtisadi vəziyyətini, siyasi qeyri-sabitliyi və müharibənin doğurduğu çətinlikləri geridə qoyan ölkəmiz bu gün güclü iqtisadiyyata, qüdrətli orduya və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası isə müasir Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindəndir.

Çıxış edən digər natiqlər də YAP-ın VIII Qurultayında səsləndirilən fikirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, qarşıdakı dövrdə əsas vəzifələr yalnız qazanılmış tarixi Zəfərin nəticələrini qorumaqla məhdudlaşmır. İqtisadiyyatın daha da gücləndirilməsi, yüksək texnologiyaların inkişafı, müasir təhsil sisteminin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və milli-mənəvi dəyərlərin qorunması ölkənin gələcək inkişafının mühüm prioritetlərindəndir.

Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri