Icma.az
close
up
RU
Hesabat: Bərpaolunan mənbələr elektrik enerjisi istehsalında ilk dəfə kömürü üstələyib

Hesabat: Bərpaolunan mənbələr elektrik enerjisi istehsalında ilk dəfə kömürü üstələyib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Beynəlxalq enerji analitikası agentliyi “Ember”in son hesabatında bildirilir ki, bərpaolunan mənbələr elektrik enerjisi istehsalında ilk dəfə kömürü üstələyib.

AZƏRTAC agentliyin hesabatına istinadla xəbər verir ki, bu ilin birinci yarısında qlobal elektrik tələbatı illik müqayisədə 2,6 faiz artıb. Hesabat dövründə günəş və külək enerjisi istehsalı elektrik enerjisinə olan tələbatı üstələyib və tələbat artımını tam şəkildə ödəyib. Bu, qazıntı yanacaqlarından elektrik enerjisi istehsalının bir qədər azalmasına səbəb olub.

Hesabata görə, cari ilin birinci yarısında qlobal elektrik enerjisi istehsalının 8,8 faizi günəş, 9,2 faizi külək, 13,9 faizi isə su elektrik enerjisinin payına düşüb. Digər bərpaolunan mənbələr isə 2,3 faiz təşkil edib. Eyni zamanda, dünya elektrik enerjisi istehsalının 34,2 faizi bərpaolunan enerji mənbələrinin payına düşüb. Həmin dövrdə kömürdən elektrik enerjisi istehsalı cəmi 33,1 faiz təşkil edib.

Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ilk dəfə olaraq kömürü ötüb. Bu dövr ərzində bərpa olunan enerji mənbələri hesabına 5072 teravatt-saat, kömürdən isə 4896 teravatt-saat elektrik enerjisi istehsal edilib.

Elektrik enerjisi istehsalının 20,7 faizi qazın, 9,1 faizi isə nüvə enerjisinin payına düşüb. İstehsalın qalan hissəsi digər qazıntı yanacaqlarından əldə edilib.

Kömürün qlobal elektrik enerjisi istehsalındakı payı ilin birinci yarısında illik müqayisədə 0,6 faiz, qazın payı isə 0,2 faiz azalıb. Bu azalma həm də elektrik enerjisi sektorundan emissiyaların 0,2 faiz azalmasına səbəb olub.

Dünyanın ən böyük iqtisadiyyatları olan Çin, ABŞ, Hindistan və Avropa İttifaqı (Aİ) qlobal elektrik enerjisi istehsalında üstünlük təşkil etməkdə davam edir. Çin və Hindistanın qazıntı yanacağından elektrik enerjisi istehsalı ilin birinci yarısında azalıb, təmiz enerji mənbələrindən istehsal isə artıb. Çin dünyanın təmiz enerji lideri mövqeyini qoruyub saxlayıb, Hindistanda bərpaolunan enerji istehsalı hesabat dövründə elektrik enerjisinə tələbatın artımını üstələyib. Bu iki ölkədən fərqli olaraq, ABŞ və Aİ-də qazıntı yanacaqlarından elektrik enerjisi istehsalı artıb.

“Ember” qeyd edir ki, qlobal miqyasda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı tələb artımı ilə birbaşa mütənasib olaraq artsa da, ölkələr üzrə irəliləyiş əhəmiyyətli dərəcədə dəyişir. Agentliyin baş analitiki Małgorzata Viatros-Motıka bildirib ki, elektrik enerjisi istehsalında kritik dönüş nöqtəsinin ilk əlamətləri görünür. “Günəş və külək dünyanın elektrik enerjisi istehsalı tələbini qarşılamaq üçün kifayət qədər sürətlə böyüyür. Bu, təmiz enerjinin elektrik tələbatının sürətlə artması fonunda davam etdiyi bir transformasiyanın başlanğıcından xəbər verir”, -deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri