Icma.az
close
up
RU
“Hesabı “Turan Tovuz” açırsa, geridönüş etmək çox çətindir” Rüstəm Əhmədzadə

“Hesabı “Turan Tovuz” açırsa, geridönüş etmək çox çətindir” Rüstəm Əhmədzadə

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadənin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının son turunda “Turan Tovuz”a böyük hesabla uduzdunuz. Bu cür məğlubiyyəti nə ilə əlaqələndirmək olar?

- Nəticə özü hər şeyi deyir. Konkret hansısa səbəb göstərmək çətindir. Sadəcə bu məğlubiyyətdən nəticə çıxarmalıyıq. Məşqlərdə daha çox çalışmalıyıq ki, növbəti matçlarda yaxşı nəticələr qazanaq. 

- “Sumqayıt” mövsümə uğurlu start versə də, son 3 turda cəmi 1 xal qazanıb. Komanda enişdədir?

- Eniş deməzdim. “Turan Tovuz” yaxşı komandadır. Onlara qarşı oynamaq hər zaman çətindir. Yaxaladıqları epizodu qola çevirdilər, hesabda önə keçdilər. Bilirik ki, hesabı “Turan Tovuz” açırsa, geridönüş etmək çox çətindir. Hesabda geri düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Bu səbəbdən də qapımızda ikinci, üçüncü qolu gördük. 

- İkinci hissədə, hesab 0:2 olarkən komandanız penaltini qaçırdı. Həmin anı matçın qırılma nöqtəsi saymaq olar? Hər halda hesab arasındakı fərq azalsaydı, oyunun gedişatı tam dəyişərdi...

- İndi nəsə demək çətindir. Biz də istəməzdik ki, belə olsun. Bəlkə də 1:2 olsaydı, matçın qalan dəqiqələri daha gərgin alınardı. Lakin olan oldu artıq.

- Son turlardakı uğursuz çıxışı nəzərə alsaq, çempionatda yaranan fasiləsinin “Sumqayıt” üçün faydalı olacağını deyə bilərik?

- Bəli, fasilə bizim üçün 100 faiz faydalı olaq. Komandamız 2 həftə ərzində yaxşı hazırlıq keçəcək. Çatışmazlıqlar üzərində iş gedəcək. Əminəm ki, bu məğlubiyyətdən sonra daha güclü olacağıq.

- Premyer Liqada legioner limitini ləğvi yerli futbolçuların çıxışına nə dərəcədə təsir göstərir?

- Açığı, xüsusi bir fərq hiss etmirəm. Kim güclüdürsə, o da meydana çıxır. Fərqi yoxdur, yerli futbolçudur, yaxud legioner. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri