“Açıq məkanda reklama ictimai nəzarət” bölməsi yaradılıb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Vətəndaş məmnunluğunu artırmaq və açıq məkanda yayımlanan reklamlara dair daha rahat, müasir və çevik rəqəmsal müraciət imkanları yaratmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) rəsmi internet səhifəsində yeni – “Açıq məkanda reklama ictimai nəzarət” adlı bölməni istifadəyə verib (https://adra.gov.az/az/melumatlar/aciq-mekanda-reklama-ictimai-nezaret).
525.az xəbər verir ki, yeni rəqəmsal platforma vətəndaşlardan daxil olan müraciətlərin operativ emalını və təhlilini təmin etməklə açıq məkanda yayımlanan reklamların məzmunu, estetik görünüşü və təhlükəsizliyi ilə əlaqədar ictimai nəzarəti gücləndirməyə, proseslərin şəffaflığını və əlçatanlığını artırmağa xidmət edir. Vətəndaşlar açıq məkanda yayımlanan reklamlara dair təkliflər, şikayətlər, təşəkkürlər, sorğular və fotomaterialları elektron formada Agentliyə operativ və rahat göndərə biləcəklər. Bu imkan açıq məkandakı reklamlara nəzarətin daha effektiv təşkilinə, müraciətlərin çevik emalına və proseslərin əlavə resurs tələb etmədən optimallaşdırılmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 09 Yanvar 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















