Hesablama Palatası: Hüquqi aktlarda boşluqlar artıq ödənişlərlə nəticələnir
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə qurumda növbəti Kollegiya iclası keçirilib.
"Report" Palataya istinadən xəbər verir ki, iclasda kənar dövlət maliyyə nəzarəti tədbirlərində müşahidə edilən bəzi hüquqi problemlər müzakirə olunub.
Qeyd olunub ki, hüquqi aktlarda ziddiyyətlər və boşluqlar bəzi hallarda dövlət vəsaitinin icrasında artıq və əsassız ödənişlərlə, habelə vəsaitdən sui-istifadə ilə nəticələnir. Müzakirələrin nəticəsinə əsasən müvafiq təhlil üzrə arayışın təkmilləşdirilərək aidiyyəti üzrə göndərilməsinə dair qərar verilib.
Eyni zamanda, iclasda 2025-ci ilin İş Planı üzrə 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramları təsdiq edilib.
Sonra Kollegiya iclasında Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı 2024-cü ilin yekunlarına dair, həmçinin növbəti ildə qarşıda duran məsələlərə baxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 28 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















