Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinə aid qurumda nöqsanlar aşkarlayıb
Icma.az, Operativ MM saytına istinadən bildirir.
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasında nöqsanlar aşkarlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.
Müzakirələrin yekununda auditor hesabatı təsdiqlənib və aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Kollegiya iclasında, həmçinin nəzarət tədbirinin başlanılması ilə bağlı proqram da müzakirə olunaraq təsdiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















