Ceyhun Bayramov: Azərbaycan ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
7-8 avqust tarixlərində Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarına səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilirən mətbuat konfransında xatırladıb.
Nazirin sözlərinə görə, bu məqsədlə müxtəlif istiqamətlər üzrə işgüzar təmaslar və görüşlər keçirilib, qarşılıqlı səfərlər baş tutub:
“Qeyd edək ki, İşçi Qrupunun tam tərkibdə ilk iclası 19 dekabr tarixində təşkil olunub. Ümumilikdə rəsmi Bakı tərəfindən çoxtərəfli və ikitərəfli əsasda geniş fəaliyyətlər həyata keçirilib. Bu çərçivədə 41 ölkə ilə 191 sənəd imzalanıb, 52 ölkənin xarici işlər nazirləri ilə siyasi məsləhətləşmələr aparılıb”.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının xarici ölkələrdə diplomatik nümayəndəlik şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir:
“2025-ci ildə Azərbaycan Respublikasının Oman Sultanlığında səfirliyinin fəaliyyətə başlamasını xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, 13 illik fasilədən sonra fevral ayında Azərbaycan Respublikasının Suriyadakı səfirliyinin fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib”.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 26 Dekabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















